ADNSU-nun rektoru Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin nümayəndələri ilə görüşüb
Tarix: 07.06.2017 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin “Neft-qaz yataqlarının geologiyası və işlənməsi” elmi tədris mərkəzinin direktoru Pavel İlyuşin, mərkəzin direktor müavini Anton Qarbuşin və “Lukoil Perm” MMC-nin inteqral əməliyyat mərkəzinin rəisi Anton Kozlov ilə görüşüb.
İki universitet arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə tələbə mübadiləsi və digər mövzularda fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan rektor M.Babanlı universitetin tarixi, tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr, həyata keçirilən islahatlar və onların müsbət nəticələri haqqında qonaqlara ətraflı məlumat verib. UFAZ və Startap layihələrindən danışan rektor, professor M.Babanlı universitetin əsas məqsədinin müasir dövrün tələblərinə uyğun, texnoloji yenilikləri mənimsəyən tələbələr yetişdirmək olduğunu diqqətə çatdırıb. Rektor M.Babanlı əməkdaşlığın genişlənməsinin və tələbə mübadiləsi sahəsində əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Startap sahəsində ADNSU-nun çox maraqlı təcrübəsi olduğunu deyən Perm Milli Tədqiqat Politexnik Universitetinin “Neft-qaz yataqlarının geologiyası və işlənməsi” elmi tədris mərkəzinin direktoru P.İlyuşin konkret istiqamətlərdə əməkdaşlığa başlamağın zəruri olduğunu qeyd edib. O ADNSU ilə texnoparkın yaradılması və bu istiqamətdə əməkdaşlıq edə biləcəkləri 4 mövzunu artıq müəyyənləşdirdiklərini deyib.
Görüşün sonunda tərəflər yeni əməkdaşlıq memorandumunun imzalanması barəsində razılığa gəlib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info