ADNSU ilə “BentleySystems” şirkəti arasında əməkdaşlığa dair saziş imzalanıb
Tarix: 07.06.2017 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “BentleySystems” şirkətinin Azərbaycandakı törəmə şirkəti olan Spectra şirkətinin direktoru Fərhad Əhmədov və texniki direktoru Rasim İbrahimov ilə görüşüb.
Yeni texnologiyaların universitetdə tətbiqi, Startap və İT akademiyaların inkişafının müzakirə olunduğu görüşdə bu istiqamətdə yüksək keyfiyyətli mütəxəssislərin hazırlanması barədə söhbət aparılıb.“BentleySystems” şirkəti ilə əməkdaşlıq etməkdən qürur duyduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin maddi-texniki bazasının şirkət üçün hər zaman açıq olduğunu qeyd edib.
İqtisadiyyatın inkişafının yeni texnologiyaların inkişafından bilavasitə asılı olduğunu deyən rektor M.Babanlı bu texnologiyaların burada tətbiqinin tələbələrin təcrübəsində mühüm rol oynayacağını qeyd edib.Daha sonra ADNSU-nun Startap məktəbindən və Startap layihələrdən danışılıb.
Texnoloji yeniliklərin ölkəmizin inkişafı üçün əsas meyarolduğunu deyən BentleySystems-in Azərbaycandakı törəmə şirkəti olan Spectra şirkətinin texniki direktoru R.İbrahimov ən yeni texnologiyaların universitetə gətirilməsinin çox önəmli hadisə olduğunu vurğulayıb.
Görüşün sonunda tərəflər arasında əməkdaşlıq memorandumuimzalanıb.
Qeyd edək ki, Spectra” MMC 2011-ci ildə Azərbaycanda korporativ müştərilər bazarına xidmət etmək üçün yaradılıb və iş səmərəliliyinin artırılması, proseslərinin optimallaşdırılması və nəticədə, gəlirliliyi artırmaq üçün qabaqcıl həllər təklif edir.2014-cü ilin əvvəlindən memarlar, mühəndislər, coğrafi-informasiya texnologiyaları, istehsalçıları və infrastruktur sahibləri üçün nəzərdə tutulmuş proqram təminatı təchizatı üzrə dünya lideri “Bentley Systems” şirkətini rəsmən təmsil edir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info