Qətərə qarşı əlavə sanksiyalar tətbiqi istisna deyil
Tarix: 07.06.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyub

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Karqaş ərəb dövlətləri tərəfindən Qətərə yeni sanksiyaların, o cümlədən beynəlxalq ticarət sahəsində sanksiyaların tətbiq olunacağını istisna etmir.
Amma A.Karqaş ümidvar olduğunu bildirib ki, vəziyyət normallaşacaq və BƏƏ hökuməti Qətərə qarşı yeni məhdudiyyətlər tətbiq etməli olmayacaq. Xatırladaq ki, Qətərin terrorizmi və ekstremizmi dəstəkləməsinə görə bir sıra ərəb dövlətləri bu ölkə ilə diplomatik münasibətlərin pozulduğunu elan ediblər. Səudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyub. Bu barədə Səudiyyə Ərəbistanının “Əkbər əl en” nəşri məlumat yayıb. Məlumata görə, şərtlərin sırasında İranla diplomatik əlaqələrin dərhal kəsilməsi, “Müsəlman qardaşlar” və HƏMAS hərəkatlarının üzvlərinin ölkədən çıxarılması, onların bank hesablarının dondurulması və bu qruplaşmalarla heç bir əlaqə qurulmaması yer alıb. Bundan başqa, Səudiyyə Ərəbistanı Qətərdən “Əl Cəzirə” peyk telekanalının siyasətini və rəhbərliyini dərhal dəyişməyi tələb edib. Ər Riyad tələb edir ki, kanalın yayımı körfəz ölkələrinin və ərəb dünyasının maraqlarına zidd olmamalıdır. Artıq ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əs Səud arasında telefon danışığı olub. Söhbət zamanı Tramp Fars körfəzi ölkələrinin birliyinin vacibliyini qeyd edib. “ABŞ prezidentinin çağırışı ondan ibarət olub ki, ekstremist ideologiya və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üçün regionda birliyin təmin olunması zəruridir. Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Fars körfəzi ölkələri arasında birlik olmalıdır”, - deyə Ağ Ev nümayəndəsi bildirib. Rusiya prezidenti Vladimir Putin isə Qətər əmiri Şeyx Tamimlə telefon danışığı aparıb. Putin telefon danışığı zamanı böhranlı vəziyyətlərin dialoq yolu ilə, siyasi-diplomatik vasitələrlə nizamlanmasının vacibliyinə dair Moskvanın prinsipial mövqeyini təsdiqləyib. Həmçinin beynəlxalq problemlər, habelə iqtisadi-ticarət və sərmayə sahələrində Rusiya-Qətər əməkdaşlığı müzakirə olunub, ikitərəfli hökumətlərarası komissiyanın aprel toplantısının yekunları yüksək qiymətləndirilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info