Qətər ərzaq məhsulları almaq üçün Türkiyə və İranla danışıqlar aparır
Tarix: 07.06.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Qətər mümkün qıtlıq narahatlığı səbəbindən qida məhsulları və su idxalı üçün Türkiyə, İran və digər ölkələrlə danışıqlar aparır. TASS informasiya agentliyi xəbər verir ki, ərzaq məhsulları ölkəyə “Qatar Airways” aviakompaniyasının yük təyyarələri ilə gətiriləcək. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, Qətər bazarında 4 həftəlik buğda ehtiyatı qalıb. Ölkə hökuməti, həmçinin böyük strateji ərzaq ehtiyatına malikdir. Qətər Ticarət-Sənaye Palatasının başçısı şeyx Xəlifə ben Casəm Əl Tani Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin boykotunun ərzaq və xammalın ölkəyə çatdırılma tempinə təsir etməyəcəyini bildirib. O, həmçinin strateji istehlak məhsulları ehtiyatının azı 12 ay kifayət edəcəyini vurğulayıb. Ölkəyə daxil olan ərzaq məhsullarının 95 faizi dəniz və hava yolu, yalnız 5 faizi quru sərhədi vasitəsi ilə daşınır. Bununla belə, ölkədə ərzaq mallarının qıtlaşdığı müşahidə olunur. KİV-lər mağazaların boşalmış piştaxtalarının görüntülərini yayırlar. “Al-İktisadiya” qəzetinin məlumatına görə, Qətər gündəlik tələbat mallarının, ilk növbədə ərzağın təxminən 70 faizini idxal edir. Bu malların əksəriyyəti qonşu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən gəlir. Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv və Mavriki respublikaları “terrora və ekstremist ideologiyasına dəstək verdiyinə görə” Qətərlə diplomatik əlaqələrini kəsmək, bank əməliyyatlarını dayandırmaq, həmçinin bu ölkə ilə dəniz və quru sərhədlərini bağlamaq barədə qərar qəbul ediblər. İyunun 6-da Mavritaniya da embarqoya qoşulduğu barədə məlumat yayıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info