Monteneqro NATO-nun üzvü olub
Tarix: 07.06.2017 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Monteneqro bu həftə rəsmi surətdə NATO-nun 29-cu üzvü olub. Deputatlar Şimali Atlantika Alyansına daxil olmaq haqqında qərarı asanlıqla qəbul etməyiblər: səsvermədən əvvəl bu addımın tərəfdarları və əleyhdarları arasında uzun siyasi mübarizə gedib. Yekun iclasda deputatlarının yarısından bir qədər çoxu iştirak edib. Bu müddət ərzində müxalifət parlamentin binası qarşısında etiraz aksiyası keçirib. İkitirəlik təkcə parlamentdə yaranmayıb. Sosial sorğuların məlumatına görə, respublika sakinləri arasında da NATO-ya daxil olmanın əleyhdarları tərəfdarlarından bir qədər çoxdur. Buna baxmayaraq, Monteneqro hökumətinin başçısı Duşko Markoviç “tarixi qərarın” qəbul olunduğunu elan edib. O, səsvermə günü deyib: “Aİ kimi NATO-da sülh və sabitliyin qarantına, habelə iqtisadi və ictimai tərəqqinin əsasına çevrilib”. Monitorinq və Tədqiqatlar Mərkəzinin başçısı Zlatko Vuyoviç hesab edir ki, Monteneqro Şimali Atlantika Alyansına daxil olandan sonra kənardan təzyiqlərə səmərəli müqavimət göstərə biləcək. Onun sözlərinə görə, Serbiya siyasi partiyalar, KİV-lər və qeyri-hökumət təşkilatları vasitəsilə qonşu ölkənin siyasətinə uzun müddət təsir göstərməyə çalışıb. Vuyoviç hesab edir ki, Monteneqro NATO-nun tamhüquqlu üzvü olandan sonra “Serbiyanın təsiri kəskin azalacaq və azalmaqda davam edəcək”. O qeyd edib ki, sakinlərin yarısının ölkənin NATO-ya daxil olmasının əleyhinə çıxmasına baxmayaraq, “Monteneqro kiminlə - Şərqlə, yoxsa Qərblə olacağını özü üçün müəyyən edib”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info