“Terrorizmə qarşı vahid cəbhə yaradılmalıdır”
Tarix: 08.06.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Şoyqu: “Rusiya Əfqanıstandakı terror qruplaşmalarının Mərkəzi Asiyaya “köçməsinin” qarşısını almaq üçün Tacikistan və Qırğızıstandakı hərbi bazalarını müasir silahlarla möhkəmləndirir”

“Qərb mübahisələri aradan qaldırıb beynəlxalq terrorizmə qarşı vahid cəbhə yaratmaq iqtidarında deyil”. Bu fikirləri Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. O deyib ki, qlobal təhlükəsizliyə ciddi təhdidlər yaradan beynəlxalq terrorizmə qarşı mübarizəyə diqqət edilməlidir:
“Hazırda dünyanın müxtəlif yerlərində çoxsaylı münaqişələr, terror aktları bu bəla ilə mübarizə aparmaq üçün vahid cəbhənin formalaşmasını tələb edir”. Beynəlxalq terrorizmin tipik nümunəsi kimi, Suriyanı önə çəkən rusiyalı nazir, “İŞİD”-in məhz bu ərazilərdə cəmləndiyini bildirib. O, Rusiya təyyarələrinin bu qüvvələrə sarsıdıcı zərbə endirdiyini də xatırladıb: “Suriyanın Silahlı Qüvvələri bu gün də Rusiyanın dəstəyi ilə “İŞİD”-ə qarşı mübarizəni uğurla davam etdirir”. O qeyd edib ki, Rusiya bu gün Əfqanıstandakı terror qruplaşmalarının Mərkəzi Asiyaya “köçməsinin” qarşısını almaq üçün Tacikistan və Qırğızıstandakı hərbi bazalarını müasir silahlarla möhkəmləndirir.


Moskva Pekinə iki ölkə arasında hərbi əməkdaşlığı inkişaf etdirmək üçün “yol xəritəsi” imzalamağı təklif edib


Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edən Rusiyanın müdafiə naziri bildirib ki, Əfqanıstandakı terror yuvaları və “İŞİD” təhlükəsi ilə bağlı Moskva Mərkəzi Asiya dövlətlərinin silahlı qüvvələrinə yardım edir, onların döyüş imkanlarının təkmilləşdirilməsinə böyük diqqət yetirir. Şoyqu həmin tədbirdə çinli həmkarı Çan Vansyuana 2017-2020-ci illərdə iki ölkə arasında hərbi əməkdaşlığı inkişaf etdirmək üçün “yol xəritəsi” imzalamağı təklif edib. Rusiyanın Çinlə birgə sülhü qorumaq üçün işləməyə və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə həmişə hazır olduqlarını nəzərə çatdıran Şoyqu qeyd edib ki, Moskva və Pekin qlobal və regional təhlükəsizlik məsələlərində konstruktiv dialoqdadır. Rusiya-Çin münasibətlərinin yüksək səviyyədə və stabil inkişafda olduğunu dilə gətirən rusiyalı nazir hesab edir ki, iki ölkə rəhbərinin "Bir kəmər bir yol» forumundakı görüşü bu inkişafa güclü təkan verəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır
18.09.2018
Suriyada Rusiyaya məxsus hərbi təyyarə itib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info