İranda terror: hücumlara görə məsuliyyəti “İŞİD” üzərinə götürüb
Tarix: 08.06.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Terrorçular qadın geyimi ilə parlamentin binasına daxil olublar, ölkə ərazisində bütün təhlükəsizlik qüvvələri hazırlıq vəziyyətinə gətirilib

İranda baş verən son terror olayları dünyanın bütün diqqətini regiona yönəldib. İran kimi qapali bir ölkədə ardıcıl terror akrları bu bəlanın nə qədər qorxulu olduğunu ortaya qoymaqla yanaşı, “İŞİD”-in hələ uzun müddət geosiyasi oyunlarda alət olacağını təsdiqləyir.
Qətərlə bağlı məsələnin gündəmdə olduğu bir vaxtda İranda terror aktlarının olmasını təsadüf kimi qiymətləndirmək olmaz. Dünən səhər saatlarında İran parlamentinə və İmam Xomeyni mavzoleyinə silahlı hücumlar olub. Həmçinin təhlükəsizlik orqanları İmam Xomeyni mavzoleyinin qarşısında partlayıcı qurğu aşkarlayaraq zərərsizləşdiriblər. Parlamentə hücum nəticəsində 7 nəfər həlak olub. Xomeyninin türbəsinə hücum edən dörd nəfərdən biri özünü partladıb, bir nəfər isə kimyəvi maddə içərək özünü öldürüb. Türbəyə hücum nəticəsində xeyli yaralının olduğu bildirilir. Parlament və İmam Xomeyni türbəsində törədilən terror aktı nəticəsində 33 nəfər yaralanıb. Yaralılar müxtəlif xəstəxanalara çatdırılıb. Onlardan ikisi xəstəxanada ölüb. İranın Təcili Tibbi Yardım Xidməti yaralanan şəxslərin adlarını açıqlayıb. Onların arasında qadınlar da var. İran Prezident Aparatı və digər dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyi gücləndirilib. İran parlamentinin Rəyasət Heyətinin üzvi Əkbər Rəncbərzadə İran Dövlət televiziyasına açıqlama verərək bildirib ki, parlament üzvləri arasında yaralanan yoxdur. Bildirilir ki, Tehranda İmam Xomeyninin türbəsinə silahlı hücum edənlərdən ikisi qadın olub. "Al Arabiya" kanalının məlumatına görə, qadınlardan biri özünü partladıb, ikincisi isə tutulub. Silahlı şəxslərdən birini hüquq-mühafizə orqanlarının əməkdaşları öldürüb, digəri isə sianid turşusu içərək özünü öldürüb. Hadisənin bəzi təfərrüatları da açıqlanıb. Məlum olub ki, hücum edənlərdən 3 nəfəri ətrafdakılara atəş açıb, biri isə üzərindəki partlayıcını işə salıb. İran xüsusi xidmət orqanları parlamentdə terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyat keçirib. Parlamentə hücum edən 4 silahlının hamısı məhv edilib. Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri Əli Laricani hadisə yerinə baxış keçirib. İran parlamentinin sədri Əli Laricani bu gün səhər parlament binasında baş vermiş terrora münasibət bildirib. Laricani olayı kiçik bir hadisə adlandırıb: "Bir neçə qorxaq terrorçu parlamentin binasına soxulub və onlara qarşı ciddi tədbirlər görülüb. Elə də böyük şey deyil. Bu hadisə onu göstərir ki, terrorçular İran üçün problem yaratmaqda maraqlıdır. İran terrorizmlə mübarizədə fəal və təsiredici gücə malikdir, istəyirlər ki, İranın bu simasını korlasınlar. Təhlükəsizlik qüvvələri hökmən onlara qarşı ciddi ölçü götürəcək". İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib ki, ölkə ərazisində bütün təhlükəsizlik qüvvələri hazırlıq vəziyyətinə gətirilib. O bildirib ki, terrorçular qadın geyimi ilə parlamentin binasının giriş qapısından içəri daxil olublar: “İçəri girən kimi atəş açmağa başlayıblar. SEPAH qüvvələri onlara cavab atəşi açıb. Terrorçular parlamentin əsas binasına deyil, ətraf binasına soxulublar”. İranda parlamentə və Xomeyni türbəsinə silahlı hücumları “İŞİD” terror təşkilatı törədib. Bu barədə İranın “Fars” Xəbər Agentliyi məlumat yayıb. Agentlik “İŞİD”-in hücumlara görə məsuliyyəti üzərinə götürdüyü bildirib.
Son məlumatlara görə, İran paytaxtında baş vermiş terror hadisələri nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info