“Cənubla Qərb arasında yeni logistik dəhliz yaradıla bilər”
Tarix: 08.06.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


“Məqsəd Azərbaycanın təbii coğrafi mövqeyindən istifadə edərək beynəlxalq yüklərin ölkəmizin ərazisindən keçərək daşınmasına nail olmaqdır. İnanırıq ki, bununla Azərbaycanın beynəlxalq nüfuzu və iqtisadi imkanları daha da artacaq”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov söyləyib. O deyib ki, yaxın vaxtlarda Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın iştirakı ilə Cənub və Qərb arasında yeni logistik dəhliz yaradıla bilər. Bunun üçün artıq danışıqlar gedir və ilkin addımlar atılıb. C.Qurbanov deyib: “Polşadakı Slavkov ərazisində bizim ölçülərə uyğun, yəni 1520 ölçüdə 400 kilometr uzunluqda dəmir yolu xətti var. Bu da Avropa ölkələrindən yüklərin Azərbaycandan keçməklə Hindistan, Pakistan, İran və digər ölkələrə daşınmasında mühüm rol oynaya bilər. İlkin hesablamalara görə, bu yol üzərindən 72 milyon tona yaxın yük daşınır. Pul vahidi ilə ifadə etsək, Hindistan ilə Polşa arasındakı dövriyyə təqribən 3 milyard dollara yaxındır. İran ilə Ukrayna arasında isə təqribən 500-600 milyon dollar civarındadır. Astaradan Slavkova qədər yolun uzunluğu 3336 kilometrdir. Astaradan Rusiya ərazisindən keçməklə gedən yol isə 4 min kilometrdən çoxdur. Bizim təklif etdiyimiz yeni dəhliz Avropaya çıxış baxımından da sərfəlidir. Bu yol həm də yaxın və təhlükəsizdir. Yeni yol, eyni zamanda Rumıniya, Bolqarıstan, eləcə də Türkiyədən keçməklə Avstriya və Londona qədər gedə bilər. Bu, həm də 14-cü dəhliz ola bilər”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info