“Dövlətin verdiyi aktivlər hesabına işsiz və işaxtaran şəxslər biznes-planlarını uğurla reallaşdırırlar”
Tarix: 08.06.2017 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Faizullah Zaki İbrahimi: “Azərbaycanın iş təcrübələrini öyrənməkdə, geniş təcrübə mübadilələri aparmaqda maraqlıyıq”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirakı çərçivəsində Əfqanıstanın əmək və sosial məsələlər üzrə naziri Faizullah Zaki İbrahimi ilə görüşüb.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S.Müslümov bildirib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən dövrdə bütün sahələrdə, o cümlədən əmək və məşğulluq sahəsində böyük inkişaf yolu keçib. Bu sahə üzrə dünyanın sivil yanaşmaları əsasında hüquqi normativ baza, sosial cəhətdən həssas qruplar üçün etibarlı və dayanıqlı sosial müdafiə sistemi, qabaqcıl texnologiyalar üzərində fəaliyyət mexanizmləri yaradılıb.
 
Nazir son illərdə əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı üçün müraciət və təyinat üzrə elektron sistem, həmçinin əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem barədə F.Z.İbrahimiyə məlumat verib: “Əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək bazarına birbaşa, obyektiv və çevik nəzarət mexanizminin formalaşdırılması kimi hər bir ölkə üçün aktual olan məsələnin həllinə, əmək münasibətlərin real və dəqiq mənzərəsini istənilən vaxt müşahidə etməyə imkan verir. Digər elektron sistemlərimiz kimi, bu sistem də beynəlxalq səviyyədə dəfələrlə yüksək dəyərləndirilib. Bir qədər əvvəl isə Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilən müsabiqəyə təqdim olunmuş 345 elektron layihə sırasından əmək müqavilələrinin elektron qeydiyyatı sistemi müvafiq nominasiya üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və “Çempion layihə”lər sırasında daxil edilib”.
 
Azərbaycanda icra olunan aktiv əmək bazarı proqramlarından bəhs edən nazir özünüməşğulluq proqramı çərçivəsində aparılan işləri də diqqətə çatdırıb. O bildirib ki, dövlət tərəfindən verilmiş aktivlər hesabına işsiz və işaxtaran şəxslər biznes-planlarını uğurla reallaşdırır və ailə əməyinə əsaslanan təsərrüfatlarını qururlar. Eyni zamanda, müsbət nəticələrdən biri kimi, BƏT-in dəstəyi ilə özünüməşğulluq proqramı üzrə Azərbaycanda beynəlxalq sertifikatlı təlimçilər qrupu da formalaşıb.
 
Müzakirələr zamanı S.Müslümov Əfqanıstanla əmək və sosial müdafiə sahəsində əlaqələrin İslam Əməkdaşlıq Təşkilatının (İƏT)  Bakıda yaradılacaq Əmək Mərkəzinin fəaliyyətə başlamasından sonra daha da güclənəcəyini vurğulayıb: “Mərkəz BƏT-in mühüm prinsiplərinə uyğun olaraq, insan resurslarının inkişaf etdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi üzrə fəaliyyətin təşkili və s. sahələrdə ölkələrimizin müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığına əlverişli şərait yaradacaq”.
 
Öz növbəsində F.Z.İbrahimi ölkəsinin sürətlə inkişaf edən Azərbaycanla bütün sahələr üzrə əlaqələrin  möhkəmləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib. O diqqətə çatdırıb ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində fəaliyyətin müasir tələblərə uyğun qurulması, aktiv əmək bazarı proqramlarının hazırlanması Əfqanıstan üçün də vacib məsələlərdən biridir. Həmin sahələrdə Azərbaycanın iş təcrübələrini öyrənməkdə, ölkəmizlə bu sahələrdə geniş təcrübə mübadilələri aparmaqda maraqlı olduqlarını bildirən F.Z.İbrahimi  İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin əlaqələrimizin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
 
Görüşdə iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə, əmək bazarının tənzimlənməsi, özünüməşğulluğun təmin olunması və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info