Böyük Britaniyada parlament seçkiləri keçirilir
Tarix: 08.06.2017 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Böyük Britaniyada növbədənkənar parlament seçkiləri başlayıb. Bu gün yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə 10:00) ölkə üzrə 40 min seçki məntəqəsi səsvermə üçün açılıb. Seçici kimi qeydiyyatdan keçmiş 46,4 milyon britaniyalı saat 22:00-dək yeni hökuməti formalaşdıracaq siyasi qüvvəni seçəcəklər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, seçkilər başa çatdıqdan dərhal sonra aparıcı telekanallarda exitpolların nəticələri açıqlanacaq. Səslərin sayılması bütün gecə boyu aparılacaq, yekun nəticələr isə iyunun 9-da səhər məlum olacaq.
Seçkilərin nəticəsindən asılı olaraq 650 deputatdan ibarət İcmalar Palatasının yeni tərkibi müəyyənləşəcək. Əgər bir müddət əvvəl Baş nazir Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası açıq favorit hesab edilirdisə, son vaxtlar, xüsusən mayın 22-də Mançesterdə, iyunun 3-də Londonda baş vermiş terror aktlarından sonra qüvvələr nisbəti dəyişməyə başlayıb. Yəni leyboristləri dəstəkləyən seçicilərin sayında əhəmiyyətli artım baş verib. İndi günün əsas sualı budur: Tereza Meyin bacılıq etdiyi hakim partiya növbəti beş ildə hökumətin sükanı arxasında qalmağa imkan verən səsi yığa biləcəkmi?
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info