“Mehmanxana fəaliyyəti ilə məşğul olan zaman müvafiq şərtlərə əməl olunmalıdır”
Tarix: 08.06.2017 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


“Turizm obyektlərində qiymətlərlə bağlı sual hər mövsümdə mənə ünvanlanır. Mənim də sualım var, siz istəyirsiniz ki, tam pulsuz xidmətlər olsun?” . Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır: “Dünən bütün rayonlar üzrə təhlil aparmışam. Elə rayonlar, elə məkanlar var, 10-30 manata adamları yerləşdirirlər. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirir. Deməli, adambaşına təxminən 15 manat düşür. Hesab edirəm, bu gün Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır. Mən düşünmürəm ki, bu gün kimsə beş-üç manata istirahət edə bilər. Bu, mümkün deyil”.
Ə. Qarayev hostellərlə bağlı suallara cavab olaraq qeyd edib ki, özəl evlərdə və yaşayış binalarında mehmanxana fəaliyyəti ilə məşğul olan zaman müvafiq şərtlərə əməl olunması lazımdır: “Bunun üçün şərtlərin işlənərək hazırlanması ilə bağlı tapşırıqlar verilib. Biz hazırda onun üzərində işləyirik. Düşünürəm ki, təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqdan sonra artıq insanlar hostellərin nə olduğunu kifayət qədər aydın təsəvvür edə biləcəklər. Bu gün bu iş pərakəndə şəkildə həyata keçirilir. Lakin tendensiya göstərir ki, bu hostellərə insanlar, xüsusilə gənclər tərəfindən maraq var. İnsanlar kifayət qədər normal şəraiti olan, şəhərin mərkəzində yerləşən məkanlarda məskunlaşmaq istəyirlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info