Əli Həsənov: “Birinci vitse-prezidentlik institutu Azərbaycanın əsas hədəflərini uğurla həyata keçirəcək bir qurum olacaq”
Tarix: 08.06.2017 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda çoxsaylı ilklərə imza atıb. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının X konfransında deyib. Ə.Həsənov bildirib ki, Mehriban Əliyeva birinci xanım institutunu formalaşdırdı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezident kimi Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin xarici ölkələrdə təbliğinin və təmsilçiliyinin yeni nümunəsini yaratdı və bu, çox uğurlu nəticələr verdi:
"Bu gün vitse-prezidentlik institutunu məhz Mehriban xanım Əliyeva inkişaf etdirir. Mən əminəm ki, birinci vitse-prezidentlik institutu Azərbaycan dövlətinin inkişafında önəmli rol oynayacaq, onun əsas hədəflərini, sosial, mədəni və digər sahələrdə əhəmiyyətli layihələri uğurla həyata keçirəcək bir qurum olacaq. Mehriban xanım Əliyevanın dinamik xarakteri, onun xarakterindən gələn konkretlik, işgüzarlıq, humanistlik, Azərbaycan dövlətinə, xalqına bağlılıq hissi əsas verir ki, o, cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına, hakimiyyət komandasının səfərbər olunaraq inamla ölkəni gələcəyə doğru aparmasına dəyərli töhfə versin".

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info