Səfir: “BANM ilə əlaqələrin qurulmasında maraqlıyıq”
Tarix: 08.06.2017 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) və Meksika Neft İnstitutu arasında əməkdaşlığın perspektiv inkişafı, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyi və digər məsələlər ali məktəbin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətovun Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodrigo Labardini ilə görüşündə müzakirə olunub. BANM-də keçirilən görüşdə, həmçinin, 24-cü Beynəlxalq Xəzər Neft və Qaz konfransında iştirak etmək məqsədilə Azərbaycana gəlmiş Meksika Neft İnstitutunun icraçı rəhbəri Viktor Xerardo Ortiz Qayardo də iştirak edib.
Qonaqlara BANM-in nailiyyətləri və əsas fəaliyyət istiqamətləri haqqında bəhs edən Ramiz Hümbətov onları Ali Məktəbin yeni açılmış kampusu, müəllim və əməkdaşlar üçün yaradılan şərait, təhsil prosesinin təşkili ilə bağlı ətraflı məlumatlandırıb.
Səfir Rodrigo Labardini Azərbaycanla əməkdaşlığın Meksika üçün xüsusi əhəmiyyətini qeyd edərək ölkəsinin iqtisadiyyatında əldə edilən nailiyyətlərdən söz açıb. Səfir bildirib ki, ali məktəblə Meksika Neft İnstitutu arasında əlaqələrin inkişafında Viktor Ortiz Qayardonun səfərinin mühüm rolu olacağına ümid edir. Rodrigo Labardini bu kimi əlaqələrin inkişafının vacibliyini bu ilin əvvəlində rektor Elmar Qasımovla görüşdə müzakirə etdiklərin xatırladıb.
Meksika Neft İnstitutunun icraçı rəhbəri Viktor Ortiz Qayardo isə öz növbəsində BANM ilə əlaqələrin yaranmasında maraqlı olduğunu bildirib.
Müasir texniki təchizatı olan tədris laboratoriyaları, o cümlədən neft sahəsi üçün yüksək ixtisaslı mütəxəssis hazırlamaq imkanları olan BANM-la əməkdaşlığın Meksika Neft İnstitutuna böyük faydası olacağını qeyd edib.
Görüşdə gələcək qarşılıqlı əməkdaşlıqlar və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info