“Hazırlıq qruplarına tələbə qəbulu imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələr əsasında həyata keçiriləcək”
Tarix: 08.06.2017 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəylinin müsahibəsini təqdim edirik:

- Dünən Sizin rəhbərlik etdiyiniz Komitədə “Təhsil” Qanununa edilmiş dəyişikliklərin əsas mahiyyəti nədən ibarət olacaqdır?
- Elm və Təhsil Komitəsində “Təhsil” haqqında Qanunun 22-ci maddəsinə edilmiş dəyişiklikdə ali məktəblərdə bakalavriat səviyyəsində hazırlıq qruplarının təşkil edilməsi nəzərdə tutulur.
Azərbaycan ali təhsil sistemində bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması ilk növbədə gənclərin universitetə cəlb olunması şəbəkəsini genişləndirəcəkdir. Bundan başqa, hazırlıq qruplarının təşkil edilməsi ölkəmizin gənclərinin xarici ölkələrə, xüsusən o qədər də reytinqi olmayan ali məktəblərə axınının qarşısını alacaqdır. Bu da öz növbəsində o deməkdir ki, Azərbaycandan xarici ölkələrə valyuta axını da azalacaqdır. Çünki tələbələrimiz ayrı-ayrı ölkələrdə ödənişli əsaslarla təhsil aldıqlarından oxuduqları universitetlərə xeyli miqdarda maliyyə vəsaiti ödəməli olurlar. Hazırlıq qruplarının yaradılması ilə həmin maliyyə vəsaitləri ölkəmizdəki ali məktəblərin büdcəsinə daxil olacaq və universitetlərin inkişafına sərf ediləcəkdir.
Ən əsası isə ondan ibarətdir ki, hazırlıq qruplarında gənclərimiz bir il ərzində öz biliklərini xeyli inkişaf etdirdikdən, hazırlıq səviyyələrini artırdıqdan sonra universitetlərə daxil olacaqdır. Bu, birinci kursda yüksək balla qəbul olan tələbə ilə hazırlıq qruplarından gələn tələbə arasındakı fərqi aradan qaldıracaqdır.
Hazırlıq qruplarına tələbələrin cəlb olunması gənc nəslin təhsildən kənarda qalaraq zərərli meyillərə maraq göstərməsinin də qarşısının alınmasına xidmət edir.
Həmçinin bu addım gənclərin xarici ölkələrin bizə yad olan ideoloji təsirlərindən qorunmasına da kömək edəcəkdir.
- İsa müəllim, hazırlıq qruplarında tələbə qəbuluna şəffaflıq təmin ediləcəkmi?
-“Təhsil” Qanununa təklif edilən dəyişikliyə görə ali məktəblərin hazırlıq qruplarına tələbə qəbulu test üsulu ilə qəbul imtahanlarının nəticələrinə görə aparılacaqdır. Tutaq ki, abituriyent qəbul imtahanı zamanı 300-400 arası bal toplamış, lakin seçdiyi ixtisasa görə müsabiqədən keçə bilməmişdir. Dövlət ali məktəblərin humanitar fakültələrində, xarici dil ixtisaslarında, informatika ixtisasında, “ADA” Univesitetində, Bakı Ali Neft məktəbində belə hallar kifayət qədərdir. Fikrimcə, belə abituriyentlərin birillik hazırlıq qruplarında təhsilini bir qədər də artırdıqdan sonra ali məktəb tələbəsi hüququ qazanması çox ədalətli iş olardı.
Hazırlıq qruplarına tələbə qəbulunun test üsulu üzrə imtahanların nəticələrinə görə aparılması nəzərdə tutulduğu üçün bu qruplarda qəbul zamanı şəffaflıq tam təmin ediləcəkdir. Kütləvi informasiya agentliklərində hazırlıq qruplarına tələbə qəbulunun imtahansız olacağı barədə yayılan məlumatlar əsassızdır. Təklif olunan dəyişiklikdə “Təhsil” Qanununun 26-cı maddəsində hazırlıq qruplarına qəbulun test üsulu üzrə keçirilən imtahanların nəticələri əsasında müəyyən olunması öz əksini tapmışdır. Eyni zamanda, hazırlıq qruplarında təhsil alanlar birillik təhsil müddəti başa çatdıqdan sonra yalnız buraxılış imtahanlarını müvəffəqiyyətlə verdikdə ali məktəblərə daxil olmaq hüququ qazana biləcəklər.
- Bəs hazırlıq qruplarında təhsilin səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Edilmiş dəyişikliyə əsasən hazırlıq qruplarında təhsilin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcəkdir. Yəni Təhsil Nazirliyi hazırlıq qruplarında tədris proqramlarını hazırlamalı, zəruri elmi-metodiki ədəbiyyatın və kadr potensialının olmasını təmin etməlidir. Hazırlıq qrupları yaradılmış ali məktəblərin rektorlarının da üzərinə ciddi vəzifələr düşür.
Bildiyiniz kimi, hazırlıq qrupları ali məktəb sistemində yeni hadisə deyildir. Mövcud təcrübə və müasir reallıqların nəzərə alınması hazırlıq qruplarında tədris işinin lazım olan səviyyədə təşkil edilməsinə əsas verə bilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info