ADNSU tələbəsi “İT-Universe-2017” beynəlxalq yarışının qalibi olub
Tarix: 08.06.2017 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


İyunun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynada keçirilən “İT – Universe-2017” beynəlxalq yarışmasının qalibi olan ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin IV kurs tələbəsi Soltanağa Hüseynov ilə görüşüb. Görüşdə ADNSU-nun Elm və texnika üzrə (elmi işlər üzrə) prorektoru Rauf Əliyarov, İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri Araz Əliyev iştirak edib.
Görüşdə İT-in müxtəlif sahələrində ən son proqramlaşdırma üsullarından danışılıb. ADNSU-da bu cür savadlı və yüksək intellektli tələbələrin olmasına sevindiyini deyən rektor, professor M.Babanlı Azərbaycanda da bu cür yarışmalarda iştirak edə bilən komandaların olmasını arzuladığını bildirib. İT-in inkişafı və tələbələrin bu yöndə özlərini inkişaf etdirməsi üçün əlindən gələn dəstəyi göstərməyə hər zaman hazır olduğunu qeyd edən rektor M.Babanlı əsas məqsdin nəzəriyyə ilə praktikanın bir-birini tamamlaması olduğunu bildirib.
Rektor M.Babanlı 1 C – proqramlaşdırma yarışında finala çıxmış 10 ölkə iştirakçısı arasından məhz ADNSU-nun tələbəsinin qalib olmasını təkcə universitetin deyil, eyni zamanda ölkəmizin də uğuru olduğunu vurğulayıb.
Qeyd edək ki, Ukraynada keçirilən “İT-Universe-2017” yarışı iyun ayının 1-dən 2-nə kimi davam edib. Birinci yeri Azərbaycan, 2-ci yeri Belarus, 3-cü yeri isə Ukraynadan olan iştirakçı qazanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info