“Barsa“ Messi ilə razılığa gəlib
Tarix: 09.06.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“Ronaldo və mən bizi üz-üzə qoymaq istəyənlərdən xəbərdarıq və bundan narahat deyilik”
"Barselona" futbolçusu Lionel Messi ilə müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib. Argentinalı hücumçu ilə 3+1 illik müqavilə imzalanacaq. Yeni müqavilə ilə Messinin təzminat qiymətinin 250 milyondan 400 milyon avroya qədər artacağı bildirilib. Qeyd edək ki, L.Messinin "Barselona" ilə yeni müqaviləni iyunun 30-dan tez olmayaraq imzalayacağı gözlənilir. Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi ESPN-ə müsahibə verib. Braziliya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Argentina millisi qarşılaşmanın hazırlıqlarını Çində keçirib. “Tanqoçular”ın kapitanı jurnalistlərə müsahibəsində əvvəlcə “Real”ın hücumçusu Kriştianu Ronaldo ilə müqayisəsinə münasibət bildirib. O, portuqaliyalı superulduzla rəqabət aparmaqdan məmnun olduğunu söyləyib: “Aramızdakı sağlam rəqabətdən bezməmişik. Ronaldo da, mən də açıqlamalarımızda bir-birimizə hörmətlə yanaşdığımızı demişik. Varlığımız oyunumuzu daha da qüvvətləndirir. Hər il komandamızın uğurlu nəticələr qazanması üçün əlimizdən gələni edirik. Bu da çox önəmlidi. O, fenomenal və yüksək keyfiyyətə malik futbolçudu. Bütün dünya bilir ki, bu xüsusiyyətlərinə görə, Ronaldo dünyanın ən güclü oyunçularından biridi. Həm Ronaldo, həm də mən bir-birimizin oyunundan əlavə güc alırıq. Bizi üz-üzə qoymaq istəyənlərdən xəbərdarıq və bundan narahat deyilik”. 2016-17 mövsümündə elə də uğurlu nəticələr göstərməyən “Barsa” yalnız İspaniya Kral kubokunu qazanmaqla kifayətlənib. 30 yaşlı futbolçu bu uğursuzluğu unutdurmağa çalışacaqlarını vurğulayıb: “Hər yeni mövsümün əvvəlində başa çatmış mövsümdən daha yaxşı olmağa çalışırıq. Hər il daha çox qələbələr qazanmaq, titullar əldə etmək, La Liqanın qalibi olmaq və Çempionlar Liqasına qatılmaq istəyirik. Ötən mövsüm çox çalışdıq, amma olmadı. Yalnız Kral kubokunu qazandıq. Ümid edirik ki, bu, gələn mövsümün startında daha uğurlu çıxış etməyimizə kömək olacaq”. Leo “Barselona” ilə yeni uzunmüddətli müqaviləni razılaşdırması ilə bağlı yayılan xəbərlərə də toxunub. O, karyerasını Kataloniya klubunda başa vurmaq arzusunu növbəti dəfə dilə gətirib: “Bu gün şəxsi həyatda yalnız bu günümü və “Barselona” ilə gələn mövsümümü düşünürəm. Maksimum nəticələr əldə etmək və mümkün qədər çox kuboklar qazanmaq arzusundayıq. Futbolda bir il sonra nələrin baş verəcəyini təxmin etmək çətindir. Bu üzdən təmkinli olmağı sevirəm. Yenə “Barselona”da qalıram və bu, mənim həmişəki arzumdur. Hər zaman demişəm ki, karyeramı bu klubun heyətində bitirmək istəyirəm. Bunun belə olub-olmayacağını zaman göstərəcək”. Messi Çində çıxış edən həmyerlisi Ezekyel Lavezzi ilə bu ölkə barədə tez-tez söhbət etdiyini deyib və Çin çempionatının inkişafda olduğunu sözlərinə əlavə edib: “Dostum Lavezzi ilə tez-tez Çindəki həyat tərzi və bu ölkənin futbolu barədə söhbət edirik. Ezekyel orda necə yaşadığından və futbolun durumundan bəhs edir. Çində bir çox müsbət dəyişikliklərin baş verdiyini onun şərhlərindən eşidirəm. Çin futbolunun inkişafda olduğunu və elit səviyyəyə çatdığını düşünürəm. Bir neçə dəfə bu ölkədə olmuşam. Düzdü, hər dəfə bir neçə gün qala bilirəm. Başımız məşqlərə və oyunlara qarışdığı üçün çox gəzmək imkanımız olmur. Bununla belə, az da olsa gördüklərim məndə müsbət fikirlər formalaşdırır”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info