Göygöl rayonunda sahibkarlara güzəştli kredit verilib
Tarix: 09.06.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin maarifləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində növbəti işgüzar forumunu Göygöl rayonunun Xəqani kəndində keçirib. Forumda sahibkarlarla Göygöl rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd və meyvə emalı və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Forumda Sahibkarlığa Kömək Milli Fondunun özəl bölmənin inkişafında, xüsusən də, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 521 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Ümumilikdə isə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6300-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 233 milyon manatdan çox güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 709 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək və 50-dən çox yeni iş yerinin açılmasına imkan verəcək. Qeyd edək ki, indiyədək Göygöl rayonundan olan 800-dən çox sahibkara 13,6 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində Göygöldə güzəştli kredit ayrılan heyvandarlıq təsərrüfatına baxış keçirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info