“Azərbaycan manatı təxminən 10 faiz güclənib”
Tarix: 09.06.2017 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“Azərbaycan manatı təxminən 10 faiz güclənib. Manatın güclənməsi Azərbaycan iqtisadiyyatını proqnozlaşdırmaq imkanlarını gücləndirir”.
Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan-Avropa İttifaqı biznes-forumunda deyib. V.Qasımlı bildirib ki, islahatlar nəticəsində manatın sabitləşdirilməsi, inflyasiyanın nəzarət olunan həddə endirilməsi, qeyri-neft ixracatının həcminin və çeşidinin artması, həmçinin strateji valyuta ehtiyatlarının artımına nail olunub. “Manatın məzənnəsinin sabitləşməsindən sonra inflyasiya səviyyəsi nəzarətə götürülüb. Biz makroiqtisadi sabitliyi təmin etməklə iki nailiyyət əldə etmişik. Birincisi, qeyri-neft sektorunda ixraca daha çox şəxsləri cəlb edə bilmişik. İkincisi, qeyri-neft sektorunda ixracı artırmağa nail olduq. Bu il qeyri-neft sektorunda ixrac 50 faiz artıb. İndiki halda əsas hədəf əldə edilmiş makroiqtisadi nailiyyətlərin real sektorun orta və uzunmüddətli dayanıqlı inkişafına transformasiya edilməsidir. Xüsusilə, maliyyə-bank sektorunun sağlamlaşdırılması, biznes mühitinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planının icrası və investisiya qoyuluşunun artması bu ildən başlayaraq iqtisadi artım tempinin bərpa edilməsinə gətirəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət-özəl sektor dialoqu üçün bir platforma olaraq islahatların inklüzivliyi, effektivliyi və kommunikasiyası istiqamətində bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır", deyə Vüsal Qasımlı bildirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info