Tehranda terror törədənlər Mosul və Raqqada əməliyyatlarında iştirak ediblər
Tarix: 09.06.2017 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Tehranda törədilmiş terror hücumları nəticəsində həlak olanların sayı 17 nəfərədək artıb. İlkin olaraq 13 nəfərin öldüyü, 52 nəfərin yaralandığı barədə məlumat yayılmışdı. Xatırladaq ki, iyunun 7-də İranın paytaxtı Tehranda eyni vaxtda iki terror hücumu həyata keçirilib. İki terrorçu Ayətullah Xomeyninin türbəsinə soxulub. Onlardan biri özünü partladıb, digəri polis əməkdaşları ilə atışmada öldürülüb. Bundan əlavə, dörd nəfərlik qrup parlament binasına hücum edərək yuxarı mərtəbələrədək qalxıb. Hücum edənlərdən üçü xüsusi xidmət orqanlar tərəfindən öldürülüb, biri isə özünü partladıb. Məlumatlara görə, həmin gün polis planlaşdırılan daha bir terror hücumunun qarşısını ala bilib. İran Təhlükəsizlik Nazirliyi Tehranda terror aktları törədən şəxslərlə bağlı bəzi məlumatlar açıqlayıb. Nazirlikdən bildirilib ki, İmam Xomeyinin türbəsi və parlament binasında terror törədənlərin şəxsiyyəti müəyyənləşdirilib: "Vəhhabi və təkfirçi qruplara bağlılığı olan 5 nəfər “İŞİD”-ə üzv olduqdan sonra Mosul və Raqqada terror əməliyyatlarında iştirak ediblər. Qeyd olunan ünsürlər 2016-cı ilin avqust ayında Əbu Aişə adlı “İŞİD” komandirinin tabeliyində İrana daxil olublar. Ölkənin şəhərlərində bir neçə terror aktları həyata keçirməyi planlaşdırıblar. Həmin dövrdə aparılmış əməliyyat zamanı qrup məhv edilib, komandirləri Əbu Aişə öldürülüb". Bəzi ictimai və təhlükəsizlik məsələləri nəzərə alaraq qruplaşmanın üzvlərinin ad və soyadları elan edilmir. Qeyd edək ki, xarici işlər naziri Cavad Zərif terrorçuların İran vətəndaşı olduqlarını açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib
19.04.2019
‘‘Türkiyәnin tәhlükәsizliyinә әhәmiyyәt veririk’’
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib
19.04.2019
Notr-Dam kilsəsində alışmaya səbəb qısa qapanma olduğu ehtimal olunur

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info