Şimali Koreya ballistik raket buraxıb
Tarix: 09.06.2017 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Şimali Koreya növbəti dəfə ballistik raketləri sınaqdan keçirib. “RİA Novosti” agentliyinin xəbərinə görə, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, Şimali Koreya Yapon dənizinə bir neçə ballistik raket buraxıb. Sınaqların nəticələri barədə məlumat verilmir. İlkin ehtimala əsasən, bu dəfə Şimali Koreya hərbçiləri gəmi əleyhinə raketləri sınaqdan keçirib. Raketlər ölkənin şərqindəki Vonsan şəhərindən buraxılıb. Koreya Respublikasının prezidenti Mun Ce-in Şimali Koreyanın raket sınağı ilə əlaqədar təhlükəsizlik şurasının təcili iclasını çağırıb. Prezident ofisinin yaydığı məlumatda deyilir ki, Mun Ce-inin prezident kimi ilk dəfə sədrlik etdiyi iclasda Şimali Koreyanın son günlər bir neçə raket sınağı ilə bağlı müvafiq addımların atılması məsələləri müzakirə olunub.
Yaponiya xarici işlər naziri Fumio Kişida bildirib ki, Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyaya təhlükə yaratmayıb: “Yaxın zamanlarda Yaponiya üçün təhlükə yarada biləcək heç nə qeydə alınmayıb. Lakin belə təxribatçı hərəkətlər yolverilməzdir”. Nazir Tokionun Şimali Koreyanın raket buraxılışlarına qarşı ABŞ və Koreya Respublikası ilə əlbir çalışdığını bir daha təsdiq edib. Yaponiya Xarici İşlər Nazirliyi növbəti raket buraxılışları ilə əlaqədar Şimali Koreyaya etiraz məktubu ünvanlayacağını bəyan edib.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Türkiyədə baş verən yol qəzasında rus mühəndislər həlak olub
19.10.2019
Dövlət sərhədini pozan şəxslər saxlanılıb
19.10.2019
Tanzaniyada 40-a yaxın məktəblini ildırım vurub
18.10.2019
Masazırda evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
18.10.2019
Papua-Yeni Qvineyada 5,6 bal gücündə zəlzələ olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info