İsveç terrorizmə qarşı mübarizəni gücləndirmək niyyətindədir
Tarix: 09.06.2017 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


İsveç KİV-lərində yayılan məlumata görə, partiyalar arasında uzun-uzadı danışıqlardan sonra ölkə hökuməti yeni antiterror qanunu hazırlamağa nail olub.
Əldə edilmiş razılaşmaya görə, daxili işlər naziri Anders İqemanın başçılıq etdiyi Sosial-Demokrat Partiyası və müxalifət bloku yeni fəaliyyət planı hazırlayıb. Bu planın müəyyən bəndləri terror təhdidlərinin dəf olunmasında Krallığa kömək etməlidir. Jurnalistlər qeyd edirlər ki, yeni qanunvericilik çərçivəsində polisə və təhlükəsizlik xidmətlərinə daha artıq səlahiyyət verilməsi nəzərdə tutulur. Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə şəhərlərdə əlavə təhlükəsizlik kameraları quraşdırılması, ictimai yerlərdə piyadaların müdafiəsi üçün maneələr yaradılması planlaşdırılır. Yeni qanunvericiliyin qüvvəyə minməsi üçün o, İsveç parlamenti tərəfindən bəyənilməlidir. Qeyd edək ki, İsveçdə hazırda qüvvədə olan Cinayət Məcəlləsində terror aktlarının təşkil olunmasında iştirak etməyə, terror təşkilatlarının maliyyələşdirilməsinə, habelə ekstremistləri dəstəkləmək məqsədi güdən digər əməllərə görə ciddi cəza tədbirləri nəzərdə tutulur. Mövcud qanunun sərtləşdirilməsi barədə qərar bu il aprelin 7-də Stokholmda baş vermiş bir hadisədən sonra qəbul edilib. Həmin gün terrorçu “İslam dövləti” təşkilatına mənsub olan bir silahlı idarə etdiyi yük maşınını qəsdən adamların üstünə sürüb, nəticədə dörd nəfər həlak olub, təxminən on beş nəfər yaralanıb.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Fransada “sarı jiletlilər” aksiyasının 15-ci mərhələsi baş tutub
23.02.2019
Hindistanda tikiş fabrikində partlayış nəticəsində azı 10 nəfər ölüb
23.02.2019
Venesuelada ordu ilə yerli xalq arasında toqquşma
23.02.2019
Çində ağır yol qəzasında 20 nəfər ölüb, 30 nəfər yaralanıb
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info