“Terror bütün dünyanı hədəfə almaqdadır”
Tarix: 09.06.2017 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


“Türkiyənin terrora qarşı münasibəti məlumdur. Türkiyə terrordan çox əziyyət çəkən və bir çox vətəndaşını qurban verən ölkədir”.
Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, terrorun harada baş verməsindən asılı olmayaraq, Türkiyə bunu ən sərt şəkildə qınayır, lənətləyir: “Türkiyə terrorun istənilən formasına qarşı çıxır. Türkiyə terrora, terrorçuya müxtəlif adlar verərək, terrorçular arasında bölgü aparılmasını, terrorçuların fərqləndirilməsini də qəbul etmir. Terror hər zaman terror, terrorçu hər zaman terrorçudur. Terrorun istənilən formasını qınayırıq”. Özoral qeyd edib ki, terrorla mübarizə qlobal səviyyədə aparılmalıdır: “Ona görə də Türkiyə terrorizmdə mübarizədə bütün ölkələrlə mümkün olan hər cür əməkdaşlığı həyata keçirir və buna dəstək verməyə çalışır. Terrora qarşı mübarizənin də tələbi budur. Terrorla mübarizədə “amma”, “ancaq” demək, hansısa şərtlər irəli sürmək doğru deyil. Terrorizmin bütün formaları ilə eyni formada mübarizə aparılmalıdır. Günümüzdə terror heç bir fərq qoymur, dünən İranda, keçən həftə İngiltərədə belə aktlar törədildi. Dünyanın heç bir ölkəsində bu istisna deyil. Terrora qarşı hamımız birlikdə mübarizə aparmalıyıq. Çünki terror bütün dünyanı, bütün bəşəriyyəti hədəfə almaqdadır”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info