“ABŞ Azərbaycanla ticarət və biznes əlaqələrinin inkişafında maraqlıdır”
Tarix: 09.06.2017 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Dövlət katibinin müavini Tomas Şanon:
“Azərbaycan yeni enerji mənbələri təklif etməklə Avropa və dünyanın enerji təhlükəsizliyinə töhfələr verir”

Ənənəyə uyğun olaraq, bu il də Vaşinqton şəhərinin tarixi və mötəbər binalarından biri olan “Endryu Melon Auditorium”da minə yaxın qonağın iştirakı ilə 28 May - Respublika Günü və qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.
Ziyafətdə ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmiləri, Konqresin üzvləri və peşəkar heyət, bir sıra ştatların nümayəndələri, dövlət qurumlarının və ictimai təşkilatların çoxsaylı əməkdaşları, 40-dan çox səfirin daxil olduğu diplomatik korpusun, akademik dairələrin və yerli ictimaiyyətin təmsilçiləri, azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri iştirak ediblər. Bununla yanaşı, ziyafətə ABŞ Müdafiə Departamentinin və Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, o cümlədən generallar və Vaşinqtonda akkreditə olunmuş hərbi attaşelər də qatılıblar. Çıxış edən səfir Elin Süleymanov ABŞ administrasiyası və digər dövlət qurumlarının ziyafətdə yüksək səviyyəli təmsilçiliyinin, həmçinin Azərbaycanın çoxsaylı dostlarının iştirakının tədbirin və ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu bildirdib. Diplomat tədbirin əlamətdarlığı barədə danışarkən 99 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaranmasının tarixi əhəmiyyətini vurğulayıb. Səfir bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün tamam olduğunu xatırlayaraq iki dövlət arasındakı möhkəm tərəfdaşlıq əlaqələrinə toxunub. O, ötən müddət ərzində ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət nəticəsində Azərbaycanın nüfuzunun dünya miqyasında tanındığını bildirib və ölkəmizin qlobal sülh və təhlükəsizliyə töhfələri, Əfqanıstanda NATO-nun sülh missiyasında iştirakı, həmçinin enerji təhlükəsizliyinə dəstəyi barədə danışıb. Diplomat hazırda dünyanın bir çox bölgələrində dözümsüzlük və zorakılıq meyillərinin artmasının müşahidə olunduğu halda, ölkəmizin etnik müxtəliflik və tolerantlıq təcrübəsi ilə seçildiyini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində bu təcrübənin daha da möhkəmləndiyini vurğulayıb. Məhz bu yanaşmanın göstəricisidir ki, hazırda ölkəmiz həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Səfir İslam Həmrəyliyi Oyunlarının məhz proqressiv müsəlman dövləti kimi Azərbaycanda keçirilməsinin və onun Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etməsinin böyük simvolik əhəmiyyət kəsb etdiyini vurğulayıb. Daha sonra ABŞ-ın yüksəkvəzifəli, nüfuzlu və dərin təcrübəyə malik diplomatlarından sayılan dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şanon çıxış edib. ABŞ diplomatı ölkəmizi bu əlamətdar gün münasibətilə təbrik edib və Azərbaycan-ABŞ münasibətləri barədə yüksək fikirlər səsləndirib. T.Şanon Prezident Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunu oxuyub. O, həmçinin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə ölkəmizi təbrik edib və bu müddət ərzində tərəflər arasında möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu söyləyib. T.Şanon Azərbaycanın bir çox sahələrdə ABŞ-ın möhkəm tərəfdaşı olaraq qaldığını vurğulayaraq, ölkəmizin yeni enerji mənbələri təklif etməklə Avropa və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə toxunub. ABŞ diplomatı 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini iki dövlət arasında tərəfdaşlığın həlledici mərhələsi adlandırıb. Həmçinin hazırda reallaşmaqda olan “Cənub Qaz Dəhlizi” layihəsinin icrasına toxunan T.Şanon Bakıda 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə ABŞ prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış məktuba istinad edərək ABŞ-ın enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirdiyini bildirib. T.Şanon, həmçinin ABŞ-ın Azərbaycanla ticarət və biznes əlaqələrinin inkişafında maraqlı olduğunu, ölkəmizin 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-a dəstək göstərən birinci ölkələr sırasında olduğunu, Azərbaycanın İraq və Balkanlarda sülh əməliyyatlarında iştirak etdiyini və hazırda Əfqanıstanda NATO-nun “Qətiyyətli dəstək missiyası”na öz qüvvələri və logistik imkanları ilə töhfə verdiyini və ABŞ-ın terrorçuluğa qarşı mübarizə sahəsində ölkəmizlə əməkdaşlığı xüsusi təqdir etdiyini bildirib. T.Şanon enerji və təhlükəsizliklə yanaşı, siyasi dialoq və demokratik prinsiplərin təşviqi sahəsində də əməkdaşlığa toxunub. Ölkəmizin bu tədbirində ABŞ administrasiyasının əvvəlki illərdə müşahidə olunmayan dərəcədə yüksək səviyyədə təmsil olunması və səsləndirilən təqdiredici bəyanatlar Tramp administrasiyasının Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisidir. Xatırladaq ki, T.Şanon D.Tramp administrasiyasında yeni dövlət katibi təyin olunana kimi bu vəzifəni müvəqqəti icra edib. Tədbirdə iştirak edən ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri, generallar, eləcə də Konqres üzvləri Azərbaycan-ABŞ dostluğu ilə bağlı fikirlərini ifadə ediblər. Daha sonra Vaşinqton şəhərinin aid olduğu Kolumbiya dairəsinin katibi Lauren Vaugan 2017-ci il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info