ƏƏSMN əlilliyi olan 130 nəfəri istirahət mərkəzlərinə göndərib
Tarix: 09.06.2017 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərdən daha 130 nəfəri istirahətə yola salınıb. Onlardan 50 nəfəri Quba rayonunda, 80 nəfəri isə Xaçmaz rayonunda (Nabran) yerləşən istirahət mərkəzlərində dincələcəklər.
Xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə yola salınan əlilliyi olan insanlar maddi təminatlarının artırılması istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasından və reabilitasiya tədbirlərindən razılıqlarını ifadə ediblər. Onlar göstərilən diqqət və qayğıya, o cümlədən hər il yaz-yay mövsümündə əlilliyi olan şəxslərə ölkəmizin səfalı guşələrində istirahət etmələri üçün şərait yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda nəzərdə tutulan tədbirlərdən biri də əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkilidir. Bununla əlaqədar cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub. Ötən aydan etibarən artıq 510 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib. Onlardan 300 nəfərin Lənkəran, 160 nəfərin Xaçmaz, 50 nəfərin isə Quba rayonundakı istirahət mərkəzlərində istirahəti təşkil olunub.
Qeyd edilən Proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının mühafizəsi və tibbi bərpası, bədən tərbiyəsinə, idmana cəlb edilmələri və s. tədbirlər də əksini tapır. Hazırda bu istiqamətlərdə də müvafiq işlər aparılır. Həmçinin bu təbəqələrdən olan insanların reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün nazirliyin sifarişləri əsasında layihələr icra olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info