Bağbanın yetişdirdiyi dibçək gülü
Tarix: 09.06.2017 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Qədim zamanlarda evləri canlı bitkilərlə bəzəyəndə ehtimal ki, ilk vaxtlar dərman bitkilərindən istifadə olunub və getdikcə onların yerini dekorativ bitkilər tutub. Sonra otaq və oranjereyalarda tropik meşələr və səhralardan gətirilən bitkilər əkilib. Qloksiniya XIX əsrin birinci yarısında okeanın o tayından Avropaya gətirilib.
Heyrətamiz gözəllikdə çiçəkləri olan otaq bitkisinin əsl adı "Sinningia hybrida"dır, onu ABŞ-dakı Boston Universitetinin baş bağbanı Vilhelm Sinninqin şərəfinə adlandırıblar. Tropik çiçəyi çox sevən Sinninq uzun illər onun seleksiyası və hibridləşməsi ilə məşğul olub və nəticədə qulluğa tələbkar olmayan və yaraşıqlı görkəmə malik dekorativ dibçək gülü yetişdirib. Qloksiniya adı isə bitkiyə çiçəklərinin formasına görə verilib. "Qlocke" almanca zəng deməkdir, valehedici gözəlliyə malik qrammofon-çiçəklərin rəngi bəyazdan qarayaçalan tünd zoğalıyadək, mavidən bənövşəyiyədək dəyişir.
Qloksiniyanın çiçəkləri sadə və məxməri zəng formasındadır, uzun çiçək zoğunun ucunda yerləşir, enli formada olan yarpaqlarının səthi məxməridir. Bitki apreldən sentyabra qədər çiçəkləyir və bundan sonra sakitlik dövrü başlayır. Qışda yarpaqları və zoğları tökülür, bitki soyuq mövsümü kökyumru şəklində keçirir.
Qloksiniya kökyumruların bölünməsi və ya yarpaq-qələmlərlə çoxaldılır. Ən asan başa gələni yarpaqla çoxaltmadır. Yaxşı qulluq ediləndə bitkinin kökyumrusu on ilə qədər yaşayır və böyüdükcə üzərində əmələ gələn çiçəklərin sayı artır. Qloksiniyanın çiçəkləmə dövrünü uzatmaq üçün qurumuş çiçəkləri vaxtlı-vaxtında qoparmaq lazımdır. Düzgün qulluq ediləndə qloksiniyanın daha uzun müddət çiçəkləməsinə nail olmaq mümkündür.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
İsveçdə pensiya yaşı artırılır
20.10.2019
Yunanıstanın Krit adasındakı mağaralar kirayə verilir
20.10.2019
Dünyanın ən gözəl adaları
20.10.2019
Enişsiz ən uzun uçuş rekordu qeydə alındı
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info