“Tullantılara ikinci həyat verilir”
Tarix: 09.06.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində iyun ayı “Tullantıdan incəsənətə” mövzusuna həsr olunub.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, verilmiş mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib. Mövzunun seçilməsində əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir.
Bakının 12 rayonu üzrə pedaqoji kollektiv və məktəblilər tərəfindən “Tullantıdan incəsənətə” mövzusu üzrə müsabiqə, yarış, “açıq dərs”, sərgi və ekskursiyalar keçirilir, müxtəlif araşdırmalar aparılır. Şagirdlər müxtəlif lazımsız plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək zövq oxşayan əsərlər yaradırlar. Bundan başqa, aylıq çərçivəsində məktəblərin həyətyanı sahələri təmizlənir, ağacların dibi bellənir, gül-çiçək əkilir, abadlıq işləri görülür.
İyunun sonunda mövzuya uyğun olaraq “Ayın ən təmiz məktəbi” nominasiyası üzrə qalib məktəb seçiləcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info