“Pakistan Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır”
Tarix: 09.06.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov ilə Pakistan Respublikası Baş nazirinin xarici işlər üzrə məsləhətçisi Sərtac Əziz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ortaq tarixi, mədəni və dini dəyərlərlə xarakterizə olunan Azərbaycan-Pakistan əlaqələrinin bütün sahələrdə uğurla inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Həmçinin nazir ölkə başçılarının qarşılıqlı səfərlərinin, bu yaxınlarda Pakistanın Baş nazirinin Azərbaycana səfərinin, eyni zamanda, beynəlxalq və regional arenada qarşılıqlı dəstəyin ölkələr arasında əlaqələrin əhəmiyyətli inkişafına təkan verdiyini qeyd edib.
E.Məmmədyarov ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın Azərbaycan və Pakistan xalqlarının firavanlığına, eyni zamanda, regional sülhə, təhlükəsizliyə və davamlı inkişafa xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin iki ölkə arasında uğurlu əməkdaşlığın, qarşılıqlı inam və anlaşmaya əsaslanan Azərbaycan-Pakistan dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında tezliklə həllinə dair Pakistanın prinsipial mövqeyinə, həmçinin bununla bağlı Pakistan Senatı və Milli Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə görə təşəkkürünü bildirib.
Pakistan Baş nazirinin xarici işlər üzrə məsləhətçisi Sərtac Əziz Elmar Məmmədyarova ünvanladığı məktubunda Pakistan və Azərbaycan arasında tarixi, dini və mədəni əlaqələrin ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıqda təzahür etdiyini diqqətə çatdırıb.
S.Əziz Pakistanın siyasi, iqtisadi, enerji və müdafiə sahələrində qardaş Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu ifadə edib. O, Azərbaycan xalqına davamlı sülh və firavanlıq arzulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info