“Etika Akademiyası” növbəti forumunu keçirib
Tarix: 09.06.2017 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


“Etika Akademiyası” ölkənin milli dəyərlərini, etik prinsiplərini, qlobal standartlara uyğunluğunu dünya ictimaiyyətinə çatdırmaq və təbliğatına diqqətini yönəltmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dəstəyi şurası ilə birgə “Etika Forumu-Bakı 2017” adlı tədbir keçirilib. Forumun birinci hissəsində çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, “Etika Akademiyası” qısa müddətdə mühüm işlər görüb. V.Quliyev çıxışında etika haqqında geniş məlumat verib və etik prinsiplərinin cəmiyyətimizdə, həyatımızda ən vacib məsəllərdən biri olduğunu vurğulayıb. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirin ərsəyə gətirilməsində əməyi olan hərkəsə təşəkkürünü bildirib. A.Səfixanlı “Etika Akademiyası”nın bu forumunun əsas mövzusu olan həmrəylikdən danışıb. Bildirib ki, Azərbaycanda dilindən, dinindən aslı olmayaraq müxtəlif xalqların nümayəndələri mehriban şəkildə yaşayır və onların hüquq və azadlıqları yüksək səviyyədə müdafiə olunur. Forumda iştirak edən Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Anar Qədiməliyev Etika Akademiyasının həyata keçirdiyi etika dərnəklərinin fəaliyyətinin əhəmiyyətini vurğulayaraq akademiya ilə birgə əməkdaşlıqdan razılığını bildirdi. Bundan başqa YAP Gənclər Birliyinin sədri Seymur Orucov eyd etdi ki,, vətəndaş cəmiyyətinin inkişafı üçün belə fəaliyyətlərin çoxalması vacibdir o cümlədən, Milli Məclisin deputatı Novruz Aslanov bildirdi ki, etika mədəniyyətin əsas hissədidir və birbaşa cəmiyyətə təsir edir. Tədbirdə digər qonaqlar da çıxış edərək forumun əhəmiyyətini yüksək qiymətləndiriblər. “Etika Akademiyası”nın rəhbəri Günel İbrahim çıxış edərək forumun əsas məqsədləri haqqında məlumat verimişdir və Etika Akademiyasının bugünə kimi fəaliyyəti dövründə dəstək olan şəxsləri xüsusi nominasiyalar üzrə mükafatlandırıb. Belə ki, Məhəbbət Vəliyeva Etika fənninin öyrənilməsində göstərdiyi dəstəyə görə, Fəxriyyə Xələfova fəaliyyətində milli dəyərlərin peşəkar təbliğatı və tədbiqinə görə, Ombudsman aparatı xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində fəaliyyətinə görə, Sevinc Nəsirova biznes turizm inkişafına verdiyi dəstəyə görə, Mircavad Cəfərov milli musiqimizi beynəlxalq aləmdə layiqli təmsil etdiyinə görə, Sakit Məmmədov milli dəyərləri qlobal və yüksək standartlara açıladığına görə təltif olunub Tədbirdə “Etika Akademiyası”nın fəaliyyəti dövründə görülən işlərdən və qazanılan uğurlardan bəhs edən videoçarx nümayiş olunub. Forumun ikinci hissəsi panel şəklində keçirilmişdir. Panellərdə Mirzə Ələkbər Sabir fondunun rəhbəri Sevda Tahirli, Japon Tabbako İnternational çirkətinin nümayəndəsi Əli Verdiyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibinin müavini Səbinə Nur, A-Level şitkətinin rəhbəri Aydan Əliyeva, Etika Akademiyasın fəaliyyətində birgə əməkdaşlıqlarından, etika normalarının təbliği mövzularında çıxışlar ediblər. Sonda Etika Akademiyasının rəhbəri Günel İbrahim “ Etika Forumu- Bakı 2017”-nin bağlanmış elan edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info