Naxçıvanda sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb
Tarix: 09.06.2017 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mövzusuna həsr olunan sərgi-müsabiqə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkil etdikləri tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək xüsusi istedad tələb edən bir sənət kimi rəssamlığa balacaların da maraq göstərmələrinin çox sevindirici hal olduğunu bildirib. Onların istedadlarının üzə çıxarılması, düzgün formalaşdırılması üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb. Rəssamlar Birliyi onların gələcək sənət yollarında inamla irəliləmələri üçün lazımi dəstəyi verir.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov, Naxçıvan Muxtar Respublikası Turist-Diyarşünaslıq Mərkəzinin direktoru Murad Babayev, sənətşünas Nizami Alıyev, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin müəllimi Səkinə Qarayeva çıxış edərək vurğulayıblar ki, muxtar respublikada bütün sahələrdə istedadlı gənclər yetişir. Bu gün rəssamlıq sənətinə maraq göstərən uşaqların gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında belə tədbirlərin böyük rolu var. Muxtar respublika rəhbərinin diqqət və qayğısını öz üzərində hiss edən hər bir balaca rəssam bundan sonra da səylə çalışmalıdır.
Çıxış edənlər balaca rəsm həvəskarlarına uğurlar arzulayıblar.
“Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mövzusuna həsr edilmiş “İslamın naxışı” və “Mənim yaradıcılığım” adlı rəsm müsabiqələrinin qaliblərinə və rəsm sərgilərində fəallığına görə fərqlənən balaca rəssamlara diplomlar təqdim edildikdən sonra sərgiyə baxış keçirilib. Rüfət Səfərli, Qeybalı Məmmədov, Novruz Hüseynzadə, Nicat Səfərli, Bağdagül Hüseynova və başqa rəsm həvəskarlarının əl işləri xüsusi maraqla qarşılanıb.
Sərgidə təbiət mənzərələrindən tutmuş cizgi filmləri qəhrəmanlarının rəsmləri, aprel döyüşlərində şəhid olan Milli qəhrəmanlarımızın portretləri də vardı. Uşaqların yaratdıqları rəsm əsərləri sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı.
Qeyd edək ki, sərgidə 50-yə yaxın istedadlı uşağın 100-dən çox rəsm əsəri nümayiş olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info