Britaniyada parlament seçkiləri
Tarix: 09.06.2017 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Böyük Britaniyada keçirilən parlament seçkilərində 25 ilin ən yüksək iştirak səviyyəsi qeydə alınıb – səsvermədə 32 milyondan çox seçici iştirak edib. “Daily Telegraph” qəzeti xəbər verir ki, yalnız 1992-ci ildə keçirilən seçkilərdə iştirak səviyyəsi bundan yüksək olub – 33,6 milyon nəfər. Cari seçkinin nəticəsinə əsasən, britaniyalıların 68,7 faizi səsvermədə iştirak edib. Bu, 2015-ci ildə keçirilən ümumi seçkilərdən 2 faiz çoxdur. Qeyd edək ki, Böyük Britaniyada parlament seçkiləri “Brexit” üzrə danışıqlar astanasında siyasi Londonu birləşdirmək istəyən Baş nazir Tereza Meyin təşəbbüsü ilə keçirilib. Seçkinin nəticəsinə görə hələlik mühafizəkarlar 318, leyboristlər 261, liberal-demokratlar 12, Şotlandiya Milli Partiyası – 35, digər partiyalar 23 mandat qazanıb. Beləliklə, partiyaların heç biri müstəqil şəkildə kabineti formalaşdırmaq üçün lazım olan səsləri toplaya bilməyib. Rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının növbədənkənar seçkilər nəticəsində parlament çoxluğunu itirməsinə baxmayaraq, Böyük Britaniyanın Baş naziri Tereza Mey istefa barədə düşünmür. Bu barədə BBC və Sky News telekanalları öz mənbələrinə istinadla məlumat yayıblar. “Baş nazir istefa vermək niyyətində deyil. O, mühafizəkarların parlamentdə yer nöqteyi-nəzərindən ən böyük partiya olaraq qaldığına əsaslanaraq, hökuməti formalaşdırmaq üzərində işləyir”, - BBC-nin icmalçısı Lora Künsberq Twitterdə belə yazır. Bu arada leyboristlərin lideri Ceremi Korbin partiyasının seçkisonrası taktikasından danışarkən, onların siyasi maraqları nəzərə alınmazsa, heç bir güzəştə getməyəcəklərini bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info