: “Azərbaycanla münasibətləri inkişafı üçün geniş potensial var”
Tarix: 09.06.2017 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Sloveniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Sloveniyada rəsmi səfərdə olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər əsnasında X.Xələfov Sloveniya Respublikasının dövlət katibi, xarici işlər nazirinin müavini xanım Darya Bavdaj Kuretlə görüşüb. Görüşdə Sloveniya Xarici İşlər Nazirliyinin siyasi direktoru Matey Marn və digər rəsmi şəxslər də iştirak ediblər. Görüşdə X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə ətraflı məlumat verib və münaqişənin danışıqlar yolu ilə həlli üçün işğala əsaslanan status-kvonun dəyişdirilməsinin və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin tezliklə çıxarılmasının zəruriliyini vurğulayıb. X.Xələfov bildirib ki, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının alternativi yoxdur. Regionda mövcud münaqişələrin həll olunmasının ümumavropa təhlükəsizlik arxitekturasının vacib faktoru olduğu qeyd edilib. D.Bavdaj Kuret Azərbaycan və Sloveniya arasındakı münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib və münasibətlərin daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş potensiala malik olduğunu vurğulayıb. O, Sloveniya və Azərbaycan arasında enerji sahəsi ilə bərabər işgüzar dairələr və insanlararası əlaqələrin intensivləşdirilməsinin vacib olduğunu ifadə edib. D.Bavdaj Azərbaycanda mövcud olan təhlükəsizlik və sabitlik mühitini təqdir edib, Avropa İttifaqının bunda maraqlı olduğunu qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info