Ərəb dövlətlərindən Qətərə qarşı yeni addım
Tarix: 09.06.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Qətərlə bağlı şəxslərin və təşkilatların "qara siyahıları"nı yayıb

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərdə fəaliyyət göstərən və ya ondan dəstək alan 59 şəxsin və 12 təşkilatın adını terrorçular siyahısına daxil ediblər. Ərəb KİV-ləri bildirirlər ki, bu barədə dörd dövlətin birgə bəyanatında məlumat verilir. Birgə sənəddə qeyd edilir ki, Qətər ikili standartlar siyasəti yeridir: o, bir tərəfdən terrora qarşı mübarizə apardığını bəyan edir, digər tərəfdən ekstremist qruplaşmaları dəstəkləyir. Dörd ərəb dövləti terrorçuları dəstəkləyənlərin aşkara çıxarılmasını və təqib olunmasını davam etdirmək, terrorun maliyyələşdirilməsi mənbələrinin harada yerləşməsindən asılı olmayaraq, bu mənbələrə qarşı mübarizə aparmaq niyyətində olduqlarını bəyan edib. Ərəb ölkələri terrorizmi dəstəkləyən insanların və təşkilatların siyahısının yenilənəcəyini vəd ediblər. Səudiyyə Ərəbistanı bildirir ki, bu siyahılar mütəmadi olaraq yenilənəcək və elan ediləcək: “Siyahıya daxil edilənlər Qətərlə bağlıdır və onun şübhəli planlarına xidmət edirlər. Bu, Qətərin ikili siyasətini göstərir. Bu dövlət bir tərəfdən terrorizmlə mübarizə apardığını bəyan edir, digər tərəfdən müxtəlif terror təşkilatlarını maliyyələşdirir, dəstəkləyir və sığınacaq verir”. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn dövlət terrorizmlə mübarizədə səylərinin birləşdirilməsi və regionda təhlükəsizliyin bərqərar olmasının vacibliyini önə çəkərək vurğulayıb ki, bu cür şəxs və qrupların təqib olunmasında ciddi fəaliyyət göstərəcəklər, istər regional, istərsə də qlobal miqyasda bu istiqamətdə dəstəyini əsirgəməyəcəklər. Onlar terrorla mübarizəni davam etdirəcək, mənbəyindən asılı olmayaraq terrorizmin maliyyələşdirilməsini hədəfə alacaq. Bu arada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb. Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur. Qeyd edək ki, bundan əvvəl Türkiyə parlamenti qeyd olunan sazişi ratifikasiya edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info