“Azərbaycan millisi ilə böyük işlər görmüşəm“
Tarix: 09.06.2017 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Prosineçki: “Şimali İrlandiya ilə oyuna köklənməyimizə heç nə mane olmasa, qələbə qazana bilərik”
"Bursaspor” rəsmiləri ilə 3 ay əvvəl danışıqlarım olub. Lakin mənim Azərbaycan millisi ilə müqaviləm var". Bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki "Bursaspor"la danışıqlar aparması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. Ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis son 20 gün ərzində milli komanda ilə birgə olduğunu söyləyib: "Haqqımda hər şey yazılır. Nə deyə bilərəm... Son 20 gün ərzində milli komanda ilə birgə olmuşam, Bakıda və Avstriyada təlim-məşq toplanışı keçmişik. Şimali İrlandiyaya qarşı şənbə günü keçirəcəyimiz böyük və vacib oyuna hazırlaşırıq”. .Prosineçki milli ilə böyük işlər gördüyünü vurğulayıb: "Azərbaycan millisi ilə 2018-ci il Dünya Çempionatının seçmə mərhələsinin sonuna qədər müqaviləm var. Böyük iş görmüşük. Mən bura gələndə milli komanda FİFA reytinqində 132-ci pillədə idi. Hazırda isə 76-cı sıradadır. Şimali İrlandiya ilə oyuna köklənməyimizə heç nə mane olmasa, qələbə qazana bilərik”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info