Şəki qarışıq tipli uşaq evi üçün yeni bina inşa olunacaq
Tarix: 09.06.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki qarışıq tipli uşaq evi üçün yeni bina inşa olunacaq.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Fondun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri Şəki qarışıq tipli uşaq evinin yerləşdiyi binanın hazırkı vəziyyəti ilə tanış olublar. Bildirilib ki, bina 1897-ci ildə inşa edilib və 1930-cu ildən uşaq evi kimi fəaliyyət göstərir. Uşaq evində valideyn himayəsindən məhrum olan 3-19 yaşlarında uşaqlar məskunlaşıblar. Binanın hazırda uşaq evi üçün istifadəyə yararsız olduğu, buradakı mövcud infrastrukturun uşaqların rahat məskunlaşması üçün tam əlverişli olmadığı qeyd edilib.
Heydər Əliyev Fondunun nümayəndələri uşaq evində otaqların mövcud şəraiti ilə tanış olublar, Şəki şəhərində yeni binanın inşası üçün bir sıra ərazilərə baxış keçiriblər. Şəki qarışıq tipli uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyəsinin və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədilə Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən tezliklə yeni binanın inşasına başlanılacağı bildirilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info