UNEC-də konfrans: “Aziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi”
Tarix: 09.06.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


İyunun 12-də UNEC-də kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancara həsr edilən “Aziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” adlı konfrans keçiriləcək. Konfransda böyük alimin həyat və yaradıcılığına nəzər salınacaq, Aziz Sancarın Azərbaycan elm ictimaiyyəti qarşısında geniş nitqi dinləniləcək. Konfrans çərçivəsində Azərbaycan dilində nəşr edilən “Aziz Sancarın Nobel bioqrafiyası” adlı kitabın təqdimatı keçiriləcək. Aziz Sancar 1946-cı ildə Mardinin Savur kəndində dünyaya gəlib. 8 uşaqlı ailənin dördüncü övladıdır. Mardində orta təhsili başa vurduqdan sonra İstanbul Tibb Universitetinə daxil olub. Tibb fakültəsini yüksək qiymətlərlə başa vuran Sancar iki il Savurda həkim işləyib. Daha sonra təhsilini davam etdirmək üçün Amerika Birləşmiş Ştatlarına gedib. Dallasda Teksas Universitetinin doktoranturasını 1977-ci ildə molekulyar biologiya ixtisası üzrə başa vurub, doktorluq işini isə Yale Universitetində DNA üzrə müdafiə edib. 1982-ci ildə Amerinanın ünlü elmi mərkəzlərindən olan UNC Chapek Hill-də biokimya və biofizika üzrə çalışmağa başlayıb, DNA, hüceyrə düzülüşü, xərçəngin müalicəsi və bioloji saat üzrə ciddi elmi araşdırmalar aparıb. Çalışdığı sahə üzə 400-ə yaxın elmi məqalə, 33 kitab yazıb. Uğurlu elmi fəaliyyətinə görə ABŞ-ın Beynəlxalq Elmlər Akademiyasının, Amerika İncəsənət və Elm Akademiyasının, Türk Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Vehbi Koç Vəqfinin mükafatını alıb. Xaricdəki elmi araşdırmalarına görə, Amerika Beynəlxalq Elmlər Akademiyasına üzv qəbul edilən 3 türk alimdən biridir. 2015-ci ildə DNA sahəsində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülüb. Aziz Sancar elm sahəsi üzrə Nobel mükafatı alan ilk türkdür.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info