“Azərbaycan yeni nəqliyyat dəhlizinin yaradılmasında çox fəal rol oynayır”
Tarix: 09.06.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


“Bu gün Avropa ilə Asiya arasında yüklərin tez və təhlükəsiz daşınması üçün yeni nəqliyyat dəhlizinin və logistik mərkəzlərin yaradılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan beynəlxalq daşınmalar üçün yeni nəqliyyat dəhlizinin və logistik mərkəzlərin yaradılmasında çox fəal rol oynayır”. Bu sözləri AZƏRTAC-a müsahibəsində “Gürcüstan Dəmir Yolları” ASC-nin baş direktoru Mamuka Baxtadze deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan və Gürcüstan regionun inkişafı, təhlükəsizliyin təmin olunması, yeni nəqliyyat dəhlizlərinin və logistik mərkəzlərin yaradılması üçün mühüm işlər görürlər. Burada Azərbaycanın rolu xüsusi qeyd olunmalıdır. Bu günlərdə Tbilisidə Azərbaycan, Gürcüstan və İranın dəmir yolu rəhbərlərinin iştirakı ilə görüş oldu. Biz yeni logistik mərkəzlərin və nəqliyyat dəhlizinin açılması ilə bağlı çox mühüm məsələləri müzakirə etdik, yeni qərarlar qəbul etdik. Müzakirələrimizi Hindistanda davam etdirəcəyik. Bu gün Azərbaycan, İran və Gürcüstan Avropadan yüklərin Hindistana və digər ölkələrə daşınması üçün yeni bir dəhliz təklif edir. İnanırıq ki, Astara-Astara dəmir yolunun, Azərbaycanda, Gürcüstanda və İranda yeni logistik mərkəzlərin tikintisi vaxtında başa çatdırılacaq və biz, qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq. Mamuka Baxtadze deyib: “Azərbaycanın və Gürcüstanın birgə reallaşdırdıqları regional infrastruktur layihələri təkcə bu iki dövlətin iqtisadi inkişafına və ya təhlükəsizliyinə deyil, Avropa ilə Asiya arasında əlaqələrin, ticarət dövriyyəsinin genişlənməsinə, insanların rifah halının yaxşılaşmasına və sülhə xidmət edir”.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq
17.02.2019
Rusiyalı deputat çeçenlərlə yaşanmış insidenti şərh etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10599

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info