“Virtual Reallıq texnologiyasının tədrisdə tətbiqi metodu”nun təqdimatı olub
Tarix: 10.06.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində fəaliyyət göstərən “Etika Akademiyası” “Virtual Reallıq texnologiyasının tədrisdə tətbiqi metodu” adlı tədbir həyata keçirib.
“Virtual Reallıq texnologiyasının tədrisdə tətbiqi metodu” təqdimatının məqsədi ABŞ, Böyük Britaniya, İsveçrədən savayı,dünyada ilk dəfə olaraq təhsil sistemində virtual reallıq və artırılmış reallıq metodunu tətbiq olunmasını ictimaiyyətin nəzərinə çatdırmaqdır.

Tədbiri giriş sözü ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Xələf açdı: “Fəaliyyət göstərdiyimiz 10 il ərzində vətəndaş cəmiyyəti olaraq çalışmışıq ki, Azərbaycanın müsbət imicinin artırılmasına xidmət etmiş olaq və bu xidmətdə hər zaman innovativ düşüncə axtarışında olmuşuq. Hər zaman çalışmışıq ki, layihələrimiz fərqli, innovativ olsun. Milli və mənəvi dəyərlərimizi önəmsəyərək dünyanın vacib hissəsinə çevrilmək istiqamətində vətəndaş cəmiyyətinə töhvə verməyə çalışmışıq. Müasir dövrdə dünyanın vacib hissəsinə çevrilməyə gedən yol ətalətdən uzaq, keyfiyyətli və fərqli düşüncədən, innovativ yanaşmadan, xüsusilə təhsildən keçir”.
AGAT sədri qeyd etdi ki, deyilənləri nəzərə alaraq, ABŞ, Böyük Britaniya, İsveçrədən sonra təşkilat olaraq Azərbaycanda pilot layihə kimi artıq təhsildə yeni texnologiyalardan istifadə edərək VR (Virtual Gerçəklik) və AR (Artırılmış Gerçəklik) innovativ metodunun tətbiqinə nail olmuşdur.
Daha sonra “Etika Akademiyası”nın rəhbəri Günel İbrahimə söz verildi. G. İbrahim AGAT nəznində fəaliyyət göstərən “Etika Akademiyası”nın Virtual Reallıq texnologiyasının tədrisdə tətbiqi metodlarından danışdı. Azərbaycanda “Etika Akademiyası” olaraq innovativ vasitələrlə bilikləri tez bir şəkildə mənimsəməyin, riyaziyyat, ana dili fənlərinin bu sistemə köçürülməsinin mümkün olduğunu söylədi. O vurğuladı ki, bu sistem vasitəsi ilə ətalətliliyi azaldaraq insanlar sürətli düşünmə mexanizminə sahib ola bilərlər və bu sistem Avropada artıq mövcuddur, lakin Azərbaycanda yeni olaraq tədrisdə tədbiq olunmağa başlamışdır.
Sonra Virtual Reallıq texnologiyası sisteminin qonaqlara təqdimatı üçün AGAT - Etika Akdemiyasının bu layihədə əməkdaşlıq etdiyi təşkilatın partnyoru Gökhan Güneriyə söz verildi. Güneri bu sistemin yaranmasından və çağdaş günümüzdə tədbiqindən söz açdı və qonaqları canlı olaraq bu sistemlə tanış etdi.
Qeyd edək ki, tədbirdə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ombudsman Aparatı, Milli Məclisin Elm və Təhsil Komitəsi, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, QHT rəhbərləri və digər dövlət strukturları, vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirdilər.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info