“80 faiz yeni baş məşqçimiz Prosineçki olacaq”
Tarix: 12.06.2017 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


“Gələn həftə komandamızın yeni baş məşqçisinin adını açıqlayacağıq. Bu haqda yekun açıqlama müqavilə imzalandıqdan sonra veriləcək. Robert Prosineçki ilə danışıqlarımız davam edir. Onun hazırda Azərbaycan millisi ilə müqaviləsi var”. Türkiyə mətbuatının yaydığı xəbərə görə, bu sözləri “Bursaspor”un prezidenti Əli Ay deyib. O qeyd edib ki, xorvatiyalı mütəxəssislə razılıq əldə ediblər: “70-80 faiz yeni baş məşqçimiz Prosineçki olacaq. Amma müqavilə bağlamadan bu məsələ qəti şəkildə həllini tapıb deyə bilmərik. Odur ki, onunla bağlı son anda problem çıxar deyə başqa namizədimiz də var”.
“Fanatik” qəzetinin yazdığına görə isə Prosineçki artıq “Bursaspor”un təklifini qəbul edib. Qəzet iddia edib ki, dünən DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı oyun Prosineçkinin Azərbaycan millisində son matçı olub. Bu matçdan sonra onun Türkiyəyə gedərək "Bursaspror"la müqavilə bağlayacağı bildirilib.
Xatırladaq ki, xorvat mütəxəssisin AFFA ilə müqaviləsi DÇ-2018-in seçmə mərhələsinin sonunda başa çatır.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info