İnsan alverinə qarşı mübarizə ilə bağlı yeni layihə icra olunacaq
Tarix: 12.06.2017 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının (Aİ) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliklərinin təşəbbüsü ilə iyunun 12-də “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxış edərək layihənin məqsədi barədə danışıblar. Qeyd edilib ki, Aİ-nin və BMqT-nin Beynəlxalq İnkişaf Fondunun dəstəyi ilə maliyyələşdirilən və iki il müddətində icra olunacaq layihənin məqsədi insan alverinə qarşı mübarizədə Azərbaycan hökumətini dəstəkləməkdir.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər, insan alveri qurbanlarının müdafiəsinə dəstək məqsədilə qəbul olunan qanunlar, təsdiq olunan Milli Fəaliyyət planları barədə məlumat veriblər. Bildirilib ki, insan alveri ilə mübarizə Azərbaycan hökumətinin prioritet istiqamətlərindəndir. Xarici İşlər Nazirliyi layihədə əlaqələndirici, eyni zamanda, tərəfdaş qismində çıxış edəcək. Layihə müddətində təlimlərin keçirilməsi, xarici tərəfdaşların iştirakı ilə seminar və “dəyirmi masa”ların təşkili nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, layihənin icrasından sonra insan alverinə qarşı mübarizədə və insan alveri qurbanlarının müdafiəsində uyğun yanaşma və ölkəmizin ehtiyacları nəzərə alınaraq, Azərbaycan hökumətinin imkanlarının gücləndirilməsinə töhfə veriləcək. BMqT layihəni Aİ və Azərbaycan hökuməti ilə birgə icra edəcək.
Sonra layihənin təqdimatı olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Yeni Günəşli istiqamətində körpüyə giriş məhdudlaşdırılacaq
22.11.2018
“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”
22.11.2018
Ölkəyə qanunsuz spirtli içkilər və narkotik gətirilməsinin qarşısı alınıb
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info