Azərbaycan-Koreya Energetika Forumu keçirilib
Tarix: 12.06.2017 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan-Koreya Energetika Forumu keçirilib.
APA-nın məlumatına görə, tədbirdə “Azərişıq” ASC sədrinin müavini Vüqar Əhmədov, Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Gyu, “Azərenerji” ASC prezidentinin müşaviri Arif Həşimov, “Azenco” (Azerbaijan Energy Construction) İdarə Heyətinin sədri Vüqar Şahmuradov və Koreya Energetika Korporasiyasının (KEPCO) səlahiyyətli şəxsləri iştirak ediblər.
KEPCO-nun vitse-prezidenti Lee Qvan Soq bildirib ki, təmsil etdiyi şirkət 120 il ərzində Koreyada energetika sahəsinə nəzarət edir. KEPCO-nun 24 ölkədə 36 layihə həyata keçirdiyini deyən Q. Soq nəzərə çatdırıb ki, “Forbes” jurnalı kommunal xidmətlərin göstərilməsinə görə KEPCO-nu dünyada birinci yerə layiq görüb.
V. Əhmədov isə Azərbaycanla Cənubi Koreyanın təhsil, inşaat, nəqliyyat, informasiya və texnologiya sahələrində əməkdaşlıq etdiyini bildirib. Bu gün elektrik enerjisi sahəsinin əlavə edilməsinin təqdirəlayiq olduğunu deyən “Azərişıq” ASC sədrinin müavini qarşılıqlı əməkdaşlığın yeni mərhələsinin başlanğıcı hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulayıb.
Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Gyu isə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu nəzərə çatdırıb. Siyasi, iqtisadi və mədəniyyət sahələrində əlaqələrin genişləndiyini deyən diplomat bildirib ki, 2006-2007-ci illərdə ölkə başçılarının qarşılıqlı səfərləri buna güclü impuls verib.
"Azərbaycanda taekvondo və Koreyanın digər milli idman növləri çox sevilir. Son zamanlar Koreyadan Azərbaycana gələn turistlərin sayı artıb. Onlar İpək Yolunun mərkəzi olan Azərbaycanın mədəniyyəti və təbiətindən zövq alırlar", - deyə o vurğulayıb.
Dünya iqtisadi böhranın ikitərəfli münasibətlərə öz təsirini göstərdiyini deyən Kim Çanq Gyu bildirib ki, forum çərçivəsində keçiriləcək texniki seminarlar zamanı şirkət nümayəndələrinin görüşləri yeni əməkdaşlıq səhifəsini açacaq.
Sonra "Azərışıq" və Azərbaycanın energetika sahəsi ilə tanışlıq barədə, həmçinin KEPCO və termoqrafik üsulla avtomatik təhlil və diaqnostika sistemi barədə təqdimatlar olub. Koreya şirkətlərinin təmsilçiləri coğrafi informasiya sisteminə əsaslanan paylama sistemi, qabaqcıl ölçmə infrastrukturu texnologiyası barədə təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, "Azərişıq" ASC ilə keçiriləcək texniki seminar vasitəsilə hər iki ölkənin enerji sahəsində biliklərin mübadiləsi , Koreya texnologiyası və məhsulları Azərbaycan şirkətlərinə təqdim olunacaq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info