“İnsan alveri ilə mübarizə Azərbaycan hökumətinin siyasətinin vacib prioritetlərindən biridir”
Tarix: 12.06.2017 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən  “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” (ENCT) layihəsinin açılışı keçirilib.
 
Avropa İttifaqının əsas və  BMqT Beynəlxalq İnkişaf Fondunun müştərək dəstəyi ilə maliyyələşdirilən layihənin təqdimatında çıxışı edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, insan alveri ilə mübarizə Azərbaycan hökumətinin siyasətinin vacib prioritetlərindən biridir. O deyib ki, bu sahədə Azərbaycan tərəfdən ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir: “Azərbaycan bu siyasəti qabaqlama, təqib və müdafiə şəklində icra edir. Biz bu sahədə beynəlxalq əməkdaşlığa böyük önəm veririk. Ümid edirəm ki, layihə Azərbaycanın müvafiq sahədə potensialının daha da inkişafına təkan verəcək. Bu kimi layihələr ikitərəfli əməkdaşlığı genişləndirmək üçün böyük imkan açır”. 
 
Daha sonra çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard qeyd edib ki, insan  alverinə qarşı mübarizə Aİ-nin vacib prioritetlərindəndir: “Təəssüf ki, bu sahədə son vaxtlar artım müşahidə edilir. Ona görə, bu sahədə əməkdaşlıq çox vacibdir”. 
 
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov ölkədə insan alveri sahəsində statistikanı açıqlayaraq insan alveri cinayətlərinin ümumi cinayətlərin bir faizindən azını təşkil etdiyini söyləyib.
 
Daha sonra BMqT-nin Azərbaycandakı nümayəndəliyinin miqrantlara yardım bölməsinin rəhbəri Şaren Tuladhar layihəni təqdim edib.
 
 “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsi 2016-2018-ci illər arasında həyata keçiriləcək. Layihə Aİ və Azərbaycan Respublikası hökuməti tərəfindən 2012-ci ildə qəbul edilmiş Avropa İttifaqı – Azərbaycan Hərtərəfli İnstitusional Quruculuq Proqramının II İnstitusional İslahat Planı çərçivəsində icra olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info