Qəzalı vəziyyətdə olan məktəblər modul tipli məktəblərlə əvəzlənəcək
Tarix: 12.06.2017 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk dəfə olaraq, 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir. Təhsil Nazirliyindən bildirilib ki, pilot layihə çərçivəsində Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb quraşdırılaraq, təhvil verilib. 2017/2018-ci illərdə 232 modul tipli məktəbin də quraşdırılması planlaşdırılıb. Bu ilin sonunadək isə 100 məktəb təhvil veriləcək. Hazırda 25 rayonda 41 məktəbin quraşdırılmasına başlanılıb. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.
Son 13 ildə ölkədə məktəblərin 70 faizi yenidən tikilib və ya əsaslı təmir olunub. 2016/2017-ci tədris ilində ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib. 101 məktəbdə əsaslı və 384 məktəbdə təmir işləri aparılıb. 17 təhsil müəssisəsində təmir-tikinti işləri davam edir. 2017/2018- ci tədris ilinə qədər  Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 7 təhsil müəssisəsində təmir-tikinti işlərinin başa çatdırılması nəzərdə tutulub.
Təhsil sferasında maliyyə və inzibati resursların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə 15 ərazi maliyyə hesablaşma mərkəzi yaradılıb. Yeni mexanizmin tətbiqi regionlarda yerləşən 4.134 təhsil müəssisəsini, o cümlədən 3875 ümumtəhsil və 259 məktəbdənkənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info