“Münaqişə Azərbaycanın suverenliyi çərçivəsində nizamlanmalıdır”
Tarix: 12.06.2017 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovAvstraliyanın beynəlxalq inkişaf və Sakit okean üzrə naziri Konketta Fierravanti-Vells ilə görüşüb.
 
XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə Azərbaycan və Avstraliya arasında ikitərəfli münasibətlərin inkişafından və son dövrlər qarşılıqlı səfərlərin artmasından məmnunluq ifadə olunub.
 
Nazirlər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirərək, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. K. Fierravanti-Vells Azərbaycana səfər edən ilk avstraliyalı nazir olmasından məmnunluq ifadə edib və bu ilin oktyabr ayında avstraliyalı iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfər edəcəyini diqqətə çatdırıb.
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verən E. Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizamlanmalı olduğunu qeyd edib.
 
K. Fierravanti-Vells ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
 
Görüşdə ikitərəfli münasibətlərdə parlament diplomatiyasının önəmi vurğulanıb və bu xüsusda Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətindən razılıq ifadə edilib, eləcə də Azərbaycanla Avstraliya arasında gəmi qayırma, kənd təsərrüfatı, turizm və ərazilərin minalardan təmizləmə sahəsində əməkdaşlığın inkişafı etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info