Əlillər 5 ayda 12 minə yaxın protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar
Tarix: 12.06.2017 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 3 997 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 500 nəfərə yaxın şəxs ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar olub.
 
Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 632 ədəd aşağı və yuxarı ətraf, habelə döş protezi, 724 ədəd yuxarı və aşağı ətraf ortezi, 3 956 ədəd müxtəlif reabilitasiya vasitəsi, 210 ədəd bel və boyun nahiyəsi üçün korset, 1064 cüt protez ayaqqabı, 1 877 cüt ortopedik ayaqqabı, 192 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Bu təbəqədən olan insanlar həmçinin 26 ədəd eşitmə aparatı, 298 cüt qoltuqaltı və 518 cüt dirsəkaltı ağac, 723 ədəd əsa və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərə məxsus 335 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən onların istifadəsinə verilib.
 
Ümumilikdə cari ilin 5 ayı ərzində əlilliyi olan şəxslər 12 minə yaxın protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar.
 
Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində son 5 ayda 223 əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri (protezləşməyə hazırlanma və ya protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s.) göstərilib
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info