Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 10-cu ildönümü qeyd edilib
Tarix: 12.06.2017 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


İyunun 12-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib.
Azərbaycanın dövlət himninin oxunmasından sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik teleqramı kursant və müəllim heyətinə çatdırılıb.
DSX-nin mətbuat mərkəzindən  bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan Dövlət Sərhəd Xidməti Akademiyasının ölkəmizdə xüsusi ixtisaslı, ali təhsilli sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların peşə hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin aparılması kimi mühüm vəzifələri uğurla yerinə yetirdiyi qeyd edilib. Akademiyada güclü elmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pedaqoji heyətin formalaşdığı, peşəkar sərhədçi kadrların hazırlanması üçün ən yüksək standartlara cavab verən şəraitin yaradıldığı, Akademiyanın ötən müddət ərzində böyük inkişaf yolu keçərək beynəlxalq səviyyəli tədris mərkəzinə çevrildiyi vurğulanıb.
Çıxış edənlər Dövlət Sərhəd Xidməti Akademiyasının 10 illik yubiley mərasiminin həm də ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarında qələbə təntənəsinin yaşandığı vaxta və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı 2017-ci il iyunun 5-də də tarixi Fərmanların imzalandığı ərəfəyə təsadüf etməsini əlamətdar hal kimi qeyd ediblər.
Tədbirdə xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif olunub.
Mərasimin sonunda şəxsi heyət orkestrin sədaları altında sıra addımları ilə tribuna önündən keçib. Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri maraqlı konsert proqramı ilə çıxış edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info