Heydər Əliyev Fondu Cibutiyə tibbi avadanlıq göndərib
Tarix: 12.06.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondu Cibuti Respublikasının Səhiyyə Nazirliyinə tibbi avadanlıqlar hədiyyə edib. 
 
Fonddan verilən məlumata görə, bununla bağlı Cibuti Respublikasının Səhiyyə Nazirliyinin Mərkəzi xəstəxanasında tibbi avadanlıqların təqdimetmə mərasimi keçirilib. 
 
Tədbirdə Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib. Bildirilib ki, bu layihələr çərçivəsində Cibuti Mərkəzi xəstəxanasının pediatriya şöbəsi 10 adda tibbi avadanlıqla təmin olunub və bu aksiya ölkənin səhiyyə sisteminin inkişafına, eləcə də ikitərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verəcək.
 
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev çıxışında Cibuti və Azərbaycan arasındakı dostluq münasibətlərin hər iki ölkənin milli maraqlarına xidmət etdiyini və səfirliyin bundan sonra da bu əlaqələrin möhkəmləndirilməsi üçün tədbirləri davam etdirəcəyini bildirib. 
 
Heydər Əliyev Fondunun nümayəndə heyəti Cibuti Respublikasının  səhiyyə naziri Cama Elmi Okieh ilə görüşüb. Görüş zamanı nazir hədiyyə olunmuş tibbi avadanlıqların ölkədə pediatriya xidmətinin güclənməsinə təkan verəcəyini qeyd edib və bu dəstəyə görə Azərbaycan xalqına, eləcə də Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. 
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info