Küveyt KİV-ləri Azərbaycan haqqında yazır
Tarix: 12.06.2017 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Azərbaycanın Küveytdəki səfirliyi yerli kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, səfir Elxan Qəhrəman mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan olunması, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları, Azərbaycanın turizm imkanları barədə ətraflı məlumat verib.
Mətbuat konfransı barədə Küveytdə gündəlik nəşr edilən ərəbdilli qəzetlərdə məlumatlar dərc edilib, KTV-2, Əl-Kut televiziya kanallarında respublikamızın turizm imkanlarına dair süjetlər yayımlanıb.
Məlumatlarda bildirilir ki, Azərbaycan əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biridir. Bu ölkə İslam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb.
Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə verdiyi önəm sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub, Bakıda Cənubi Qafqazın ən möhtəşəm məbədi olan Heydər məscidi inşa edilib.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə bu ölkənin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.
Diqqətə çatdırılır ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi İslam dünyasında həmrəyliyin güclənməsinə böyük töhfə olacaq. Azərbaycanın bu Oyunları yüksək səviyyədə təşkil etməsi, yarışların uğurla keçirilməsi İslam dünyasında həmrəyliyə, sülhə, əmin-amanlığa böyük təkan verəcək. İslam Həmrəyliyi Oyunları sülh, həmrəylik oyunlarıdır və Azərbaycan bütün dünya tərəfindən sülhün, əmin-amanlığın, barışın, birgəyaşayışın məkanı kimi qəbul edilir.
Məlumatlarda qeyd edilir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin fevralından etibarən Küveyt də daxil olmaqla ərəb ölkələri ilə yanaşı, bir sıra dövlətlərin vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin tətbiqinə başlanılıb. “ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2017-ci ilin yanvarından etibarən həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq elektron viza üçün müraciət edə bilərlər.
2016-cı ilin noyabrında “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in imzalanıb. 2017-ci ilin yanvar ayından “Azərbaycan Hava Yolları” (AZAL) QSC-ə məxsus təyyarə Azərbaycan ilə Küveyt arasında ilk dəfə olaraq xüsusi çarter reysləri həyata keçirməyə başlayıb. Eyni zamanda, Küveytin “Əl-Cəzirə” aviaşirkəti də cari ilin yanvarından etibarən ilkin olaraq ayda bir dəfə olmaqla birbaşa çarter reysləri həyata keçirməyə başlayıb. İyun ayının 23-dən etibarən isə hər həftənin 1-ci və 4-cü günləri Azərbaycanın paytaxtı Bakı şəhərinə birbaşa uçuşlar həyata keçirəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
“Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq“
17.08.2019
Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
16.08.2019
Dördgünlük iş həftəsi sentyabrın 1-dən qüvvəyə minməlidir
15.08.2019
İran ilə Azərbaycanın əlaqələri səmimi dostluğa və qardaşlığa əsaslanır
14.08.2019
Mnatsakanyanın ritorikası münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info