Macarıstan: “Aİ məmurları terrorçuları dəstəkləyir”
Tarix: 12.06.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını terrorçulara yardım göstərməkdə ittiham edib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, baş nazir ölkəsinin şantaj olunmasına imkan verməyəcəyini və qaçqınların məskunlaşdırılmasına dair üzv ölkələrə şamil olunan məcburi kvotalardan imtina etməyə davam edəcəklərini bildirib. “Macarıstan həmişə Avropa yönümlü bir ölkə olub və Avropanın əsl dəyərlərini qorumağa davam edəcək. Brüsseldə oturan məmurlar isə terrorçuların tərəfini tutublar. Macarıstan heç vaxt Avropaya qarşı çıxan ölkə olmayıb. Bizim hökumət Avropanın əsl mövqeyini təmsil edir. Bu mövqe üzv ölkələr və Brüssel arasında səlahiyyətlərin bölüşdürülməsini nəzərdə tutan mövcud Avropa razılaşmasını müdafiə edir. Məhz Brüssel öz mövqeyini dəyişib”, - dyə V. Orban söyləyib. Onun sözlərinə görə, Brüssel açıq-aşkar terrorçuları dəstəkləyir. Orban qeyd edib ki, Aİ Macarıstan-Serbiya sərhədində iğtişaşlar zamanı polisə hücum edən suriyalı qaçqına məhkəmənin verdiyi 10 il həbs cəzasını pisləyib. Baş nazirinin qənaətinə görə, avropalı məmurlar həmin miqrantı dəstəkləyir və avropalılar üçün “Əhməd Hamedin absurd yalanları” macarların təhlükəsizliyindən daha vacibdir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info