“Ukrayna Avropa İttifaqına üzvlüyə iddia edə bilər”
Tarix: 12.06.2017 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Ukrayna gələcəkdə Avropa İttifaqına üzvlüyə iddia edə bilər. “RİA Novosti” agentliyinin məlumatına görə, bunu Slovakiya ilə sərhəddə Avropa İttifaqı ilə vizasız rejimin qüvvəyə minməsi ilə əlaqədar keçirilən təntənəli tədbirdə Ukrayna prezidenti Petr Poroşenko bəyan edib. Poroşenko deyib ki, Ukrayna islahatlar yolunda böyük irəliləyişlər əldə etdikcə onun və Ukrayna xalqının ölkənin gələcəkdə Avropa İttifaqına üzv olmasının zəruriliyi barədə arqumentləri artır: “Çünki Ukrayna Avropa ölkəsidir". Qeyd edək ki, dünəndən başlayaraq Ukrayna vətəndaşları Şengen zonasına vizasız səyahət etməyə başlayıb. Ukraynalılar turist və sahibkar qismində, o cümlədən ailə məsələləri ilə əlaqədar 90 gün vizasız səyahət etmək hüququna malikdirlər. Ukrayna Dövlət Sərhəd Xidməti ilk saat ərzində 600 ukraynalının sərhədi keçdiyini açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info