Qətər ətrafında böyük oyun: Almaniya körfəzdə müharibə anonsu verdi
Tarix: 12.06.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


“Bu həftə keçirdiyim məsləhətləşmələrdən sonra başa düşdüm ki, münaqişənin müharibəyə çevrilə bilməsi təhlükəsi var”

“Türkiyənin Qətərdəki bazası Fars körfəzi bölgəsinin təhlükəsizliyinin təmin olunmasına xidmət edir və hər-hansı konkret ölkəyə qarşı yönəlməyib”. Bunu Türikiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bəhreynli həmkarı Xalid bin Əhmədlə görüşü zamanı bildirib. Çavuşoğlu Ankaranın Qətər ətrafındakı vəziyyətin nizamlanması istiqamətində səyləri aktivləşdirəcəyini qeyd edib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bundan əvvəl Bəhreyn XİN rəhbəri ilə görüşündə Qətərin qonşuları ilə gərginliyinin Ramazan ayının sonunadək nizamlanmasının vacib olduğunu qeyd edib. Qeyd edək ki, iyunun 7-də Türkiyə parlamenti ölkənin hərbi bazasının Qətər ərazisində yerləşdirilməsini nəzərdə tutan razılaşmanı ratifikasiya edib, prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindəm imzalanıb. Qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillerson və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

"Türkiyənin Qətərdəki bazası bölgənin təhlükəsizliyinin təmin olunmasına xidmət edir”

“Hürriyet” qəzetinin məlumatına görə, telefon danışığı ABŞ dövlət katibinin təşəbbüsü ilə baş tutub. Tillerson və Çavuşoğlu Qətər problemi, İraq və Suriyadakı durumu müzakirə ediblər. Daha sonra Rusiya XİN rəhbəri Sergey Lavrov ilə ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. “RİA Novosti”nin xəbərinə görə, tərəflər telefon danışığı zamanı Qətər ətrafında yaranmış vəziyyətin danışıqlar yolu ilə nizamlanmasının vacibliyini qeyd ediblər və bu cür səyləri dəstəkləməyə hazır olduqlarını bildiriblər. Tərəflər həmçinin Rusiya-ABŞ münasibətlərinin aktual məsələlərini, o cümlədən, ikitərəfli gələcək səfərlərin qrafikini nəzərdən keçiriblər. Bi telefon danışığına qədər isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə Moskvada görüş keçirib. Lavrov görüşdə deyib ki, Rusiya Qətər ətrafında yaranan vəziyyətlə əlaqədar narahatlıq keçirir: “Ərəb dünyasında vəziyyətin kəskin gərginləşməsi görüşümüzün əsas mövzusu olacaq. Bu gərginliyi, Qətərlə əlaqələri kəsmək barədə ərəb dövlətləri tərəfindən atılan addımları narahatlıqla qarşılayırıq". Daha bir maraqlı detalı Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel açıqlayıb. O, bəyan edib ki, Səudiyyə Ərəbistanı və onun müttəfiqləri tərəfindən Qətərin təcrid olunması Fars körfəzində yeni müharibəyə gətirib çıxara bilər. “Bu münaqişənin müharibəyə çevrilə bilməsi təhlükəsi mövcuddur”, - deyə nazir bu gün “Frankfurter Allgemeine Sonntagszeitung” nəşrinə müsahibəsində bildirib. “Bu həftə keçirdiyim məsləhətləşmələrdən sonra başa düşürəm ki, vəziyyət nə dərəcədə ciddidir”, - deyə Z.Qabriel vurğulayıb. Almaniyanın xarici işlər naziri həftə ərzində Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin xarici işlər nazirləri ilə şəxsən görüşüb, İran və Küveytdən olan həmkarları ilə telefonda danışıb. Nazirin sözlərinə görə, neqativ ssenaridən qaçmaq üçün yaxşı şanslar var, lakin bunun üçün məsələnin danışıqlar yolu ilə həllini tapmaq lazımdır. “Biz möhkəm əminik ki, diplomatiya saatı yetişib, bir-biri ilə danışmaq lazımdır. Almaniya və dünya birliyi Fars körfəzi regionunda baş verənlərdən bərk narahatdır”, - deyə Z.Qabriel Qətərin xarici işlər naziri Şeyx Məhəmməd Al-Tani ilə görüşündən sonra bildirib. Bu arada İran beş təyyarə ilə Qətərə ərzaq yardımı göndərib. Bu barədə İran Hava Yolları şirkətinin rəhbəri Şahrux Nüşəbadi mətbuat açıqlamasında deyib. Onun sözlərinə görə, meyvə və tərəvəzdən ibarət olan 90 ton ərzaq yardımı beş təyyarəyə yüklənərək Doha şəhərinə yola salınıb. Ş.Nüşəbadi bildirib ki, daha bir təyyarə isə bu gün yola salınacaq. Yerli mətbuatin yazdığına görə, İran Qətərə gəmilərlə də ərzaq məhsulları göndərib. Bu günədək Qətər limanlarına gəmilərlə 359 ton ərzaq məhsulları göndərilib. Türkiyə isə 5 gündə Qətər paytaxtına ərzaqla dolu 15 yük təyyarəsi göndərib. Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info